Date
Çərşənbə 18 November 2020

İkinci "Ali Təhsil Dialoqları - Dərin tədqiqat" sessiyamızda onlayn təlimin tətbiqində sınaqdan keçirilmiş ən yaxşı metod və əsas prinsipləri sizinlə paylaşmaq məqsədilə master-klas hazırladıq.

Master-klasa Dr.Ketrin (Key) Hek rəhbərlik edəcək

Dr.Ketrin (Key) Hek Advance-HE(Higher Education) qurumunda baş məsləhətçi (öyrənmə və təlim) kimi çalışır. Onun vəzifəsi, istər bütün istər sə də STEM (science, technology, engineering, mathematics) elm sahələrində, mükəmməl öyrənmə və təlim üsullarının tərtibatı, təşkilatı və təbliğatıdır.

Sessiyalar haqqında daha ətraflı məlumat almaq və keçmiş sessiyalardan qeydə alınan səsyazma və raportlara nəzər yetirmək üçün layihəmizin əsas səhifəsini ziyarət edin.