Researcher Links workshops - call now open
Date
Bazar ertəsi 16 Fevral 2015 - 00:00
Location
Bakı, Azərbaycan

Tədqiqatçı Əlaqələri seminarı: Ukrayna böhranı: Risk və İmkanlar

Zəngin təbii sərvətlərə malik ölkələrdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi: Ukrayna böhranı və enerji təchizatçısı kimi Azərbaycan və onun dayanıqlı inkişafı üçün yaranmış risk və imkanlar.

Seminarın tarixi:16-19 Fevral 2015-ci il

Seminarın keçiriləcəyi yer: Xəzər Universiteti, Bakı, Azərbaycan

British Council-ın Tədqiqatçı Əlaqələri layihəsi çərçivəsində Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakultəsi və Reading Universitetinin Henley Biznes Məktəbi tərəfindən seminar keçiriləcəkdir. Seminarda Azərbaycanın nümunəsində zəngin təbii sərvətlərə malik ölkələrdə dayanıqlı iqtisadi inkişafın əldə edilməsi sahəsində mövcud problemlər üzrə bilik və təcrübə mübadiləsi aparılacaqdır. Seminarda iştirak etmək üçün Birləşmiş Krallıqda və Azərbaycanda iqtisadiyyat sahəsi üzrə fəaliyyət göstərən tədqiqatçılar müraciət edə bilərlər.

Seminarda iştirak etmək üçün aşağıdakı mövzular üzrə təcrübəsi olan tədqiqatçılar dəvət olunurlar:

  •     Zəngin təbii sərvətlərə malik ölkələr üçün qlobal çətinliklər: beynəlxalq münaqişələr və Avropa Birliyi
  •     Zəngin təbii sərvətlərə malik ölkələrin inkişaf modelləri
  •     Azərbaycanda neftin idarəedilməsi modeli
  •     Zəngin neft resurslarına malik ölkələrdə makroiqtisadi siyasət modeli
  •     Azərbaycanda makroiqtisadi model və onun səciyyəvi xüsusiyyətləri
  •     Təbii sərvətlərin idarəolunmasında siyasi və iqtisadi idarəçilik və müvafiq bilik və bacarıqların inkişafı
  •     Maliyyə şəffaflığı və hesabatlılıq
  •     Müstəqil Rifah Fondları: Qlobal çətinliklər
  •     Zəngin neft resurslarına malik ölkələrdə büdcə problemləri
  •     Zəngin təbii sərvətlərə malik ölkələrdə şəffaflığın təmin edilməsi yolu ilə dayanıqlı iqtisadi inkişafın əldə edilməsi

Seminarda iştirak üçün qəbul şərtləri:

Birləşmiş Krallıq və Azərbaycandan olan gənc tədqiqatçılar (PhD dərəcəsi olan və ya eynitipli tərübəyə malik) seminarda iştirak etmək üçün ərizə (aşağıda əlavə edilmişdir) vasitəsilə müraciət edə bilərlər. Tədqiqat təcrübəsi 10 ildən çox olmayan gənc tədqiqatçılara üstünlük veriləcəkdir.

Ərizələrin qəbulu: Maraqlanan şəxslər ərizə formasını tamamlayaraq 20 yanvar 2015-ci il tarixinədək aşağıdakı e-mail vasitəsilə müraciət edə bilərlər.

Azərbaycandan olan tədqiqatçılar üçün:

Prof. Ingilab Ahmadov at ingilab@khazar.org

Birləşmiş Krallıqdan olan tədqiqatçılar üçün:

Prof. Yelena Kalyuzhnova at y.kalyuzhnova@henley.ac.uk

Səfər xərcləri:

Birləşmiş Krallıqdan və Azərbaycanın regionlarından olan tədqiqatçılarınseminarla bağlı səfər xərcləri layihə çərçivəsində qarşılanacaqdır.

Əlavə məlumat
Seminarda iştirak edən şəxslərin tədqiqat işlərinin nəticələrinin uyğun jurnallarda nəşri üçün imkan yaradılacaqdır. Əlavə olaraq, seminarda iştirak edən Azərbaycandan olan tədqiqatçılardan biri Reading Universitetinin Henley Biznes Məktəbində PhD dərəcəsi almaq üçün təqaüd imkanı əldə edəcəkdir.

Qeyd: Seminar Azərbaycan və Birləşmiş Krallığın tədqiqatçıları arasında tanışlıq və tədqiqat işi üzrə təcrübə mübadiləsi üçün imkan yaradacaqdır. Seminarda iştirak edən gənc tədqiqatçılar tədqiqat işləri üzrə qisa təqdimatlar keçirəcək və Birləşmiş Krallıqda fəaliyyət göstərən təcrübəli tədqiqatçılarla müzakirə aparmaq imkanı əldə edəcəklər.

Seminar barədə daha ətraflı məlumat əldə etmək üçün buradan ərizə formasını yükləyə bilərsiniz.