Date
Çərşənbə 18 April 2018 - 00:00

British Council Azərbaycan sizi Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması Proqramı üçün hazırlanmış sorğuda iştirak etməyə dəvət edir. Proqram BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir və British Council tərəfindən icra edilir. Proqramın əsas məqsədi Bakıda yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər.

Əlilliyi olan şəxslərin iş imkanlarının artırılmasında maraqlı olan İşəgötürənləri/HR nümayəndələrini 18 aprel, 2018-ci il tarixinədək bu sorğunu tamamlamağa dəvət edirik. Dəstəyiniz üçün təşəkkür edirik!