Qlobal radio şousunda musiqinizi eşitmək şansınız
Azərbaycandan olan musiqiçilərinə qlobal radio şousumuzda öz musiqini eşitmək şansı vermək üçün Selector Radio müsabiqəsini təşkil edirik. Selector Radio, hər həftə qlobal musiqi həvəskarlarını birləşdirən dünyanın 30-dan çox ölkəsinə ən yaxşı Birləşmiş Krallığın musiqisini yayımlayır. Jamz Supernova tərəfindən təqdim olunan iki saatlıq şou yeni və həyəcanverici qruplar, musiqiçilər və musiqi janrlardan ibarətdir.
Dünyanın dinləyiciləri ilə ünsiyyət qurmaq və yeni musiqiçi istedad tapmaq üçün şou aparıcısı Jamz Supernova şouya digər ölkələrin mahnılarını da daxil edir. Bu yay Azərbaycandan da gələn sənətçilərin mahnılarını beynəlxalq tamaşaçılara səsləndirmək şansı qazana biləcəkləri üçün açıq bir müsabiqə təşkil edirik. Müsabiqə 2017-ci ildən sonra ilk EP / LP-ni buraxan başlanğıc ifaçılar və musiqiçilər üçündür. Musiqi janrında heç bir məhdudiyyət yoxdur, ancaq istiqaməti hiss etmək üçün Selector Radio-nun bir neçə mahnıları dinləməyi məsləhət görürük. Müraciət etmək üçün zip formatında arxivlənmiş mp3 faylına və ya Youtube-dan linkə ehtiyacınız olacaq.
Müsabiqəyə təqdim olunan bütün mahnılar əvvəlcə beynəlxalq heyət tərəfindən qiymətləndiriləcəkdir. Ən yaxşı 10 treklərdən biri beynəlxalq auditoriya tərəfindən açıq səsvermədə seçiləcəkdirş Eyni zamanda, Selector-un aparıcısı Jamz Supernova da ən sevdiyi mahnısını seçəcək. Səsvermənin sonunda seçilən mahnılardan hər ikisi Selector Radio-da dünyanın 4 milyon dinləyicisinə səslənəcəkdir!
Selector Radio müsabiqəsinin cədvəli
22-30 iyul | Müraciət vaxtı |
31 iyul - 17 avqust | Bizim beynəlxalq heyət və Jamz Supernova 10 ən yaxşı trekləri seçir |
18-28 avqust | Onlayn səsvermə |
31 avqust | İki qaliblərin elan olunması (biri Jamz Supernova və biri onlayn səsvermə nəticəsində seçilən mahnı) |
4 sentyabr | Selector Radio-da musiqinizi eşitmək şansı |