British Council Azərbaycan Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi ilə birgə IDEAS (Bərabər və Məsuliyyətli Cəmiyyəti üçün İnkluziv Qərarlar) adlı layihəsinin pilot mərhələsi çərçivəsində növbəti tədbiri keçirməyə hazırlaşır.
Proqram bir sıra davranış məsələləri, uşaq və gənclərə dəstək tətbiq edilə biləcək müsbət dəstək üsullarının icmalını yerli mütəxəssislərə öyrədəcək. Təlim 9-10 dekabr 2015-ci il tarixində Landmark-ın Rotunda zalında keçiriləcək. Təlimə davranış məsələlərinə aid metodologiya mövzuları, inkişafda olan çox-şaxəli yanaşmalar və müsbət davranış həllərinin təmini daxildir.
British Council Azərbaycan Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi ilə birgə Milli Təhsilin İnkişaf Etdirilməsi Strategiyasına və Təhsil Nazirliyi tərəfindən müəyyyən edilmiş perspektivə əsasən yuxarıda sadalanan məsələlərə dair yerli mütəxəssislərin məlumatlılığnı və biliklərini artırmaq məqsədilə bu tədbiri həyata keçirmək niyyətindədir.
Proqram iştirakçıları lazımi bilik və bacarıqlarla təchiz edilməsindən başqa, həmçinin Birləşmiş Krallığın praktik təcrübəsini də təmin edəcək.
Təlimdən öncə iştirakçıların qiymətləndirilməsi və seçimi British Council və layihənin yerli partnyoru tərəfindən aparılacaq. Proqram İngilis dilində Böyük Britaniyadan dəvət olunmuş təcrübəli mütəxəssis tərəfindən aparılacaq və eyni zamanda yerli iştrakçılar üçün Azərbaycan dilinə tərcümə olunacaq.
Uşaq inkişafı sahəsində yerli mütəxəssislər proqrama müraciət etməyə dəvət olunub.
Tədbirə qeydiyyatdan keçmək üçün xahiş edirik qeydiyyat formasını yükləyin və 3 dekabr 2015-ci il tarixindən gec olmayaraq Layihə koordinatoru Səbinə Quliyevaya göndərin.
Ətraflı məlumat üçün, Layihə koordinatoru Səbinə Quliyeva ilə Sabina.Guliyeva@britishcouncil.az elektron ünvanı vasitəsilə əlaqə saxlayın.