Open Call: EU-EaP Culture and Creativity Programme Study Tour and Partnership Programme with Poland
Date
Bazar ertəsi 07 Dekabr 2015 - 00:00
Location
Baku, Azerbaijan

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı Şərq Tərəfdaşlığının altı ölkəsində mədəniyyət və yaradıcılıq sektorlarında fəaliyyət göstərən təşkilatları təhsil səfərində və tərəfdaşlıq proqramında iştirak etmək üçün ərizə verməyə dəvət edir. Seçilən altı təşkilat uzunmüddətli mədəni tərəfdaşlığı inkişaf etdirmək üçün 2016-cı ildə altı qabaqcadan seçilmiş Polşalı həmkarları ilə təlim keçəcək və işləyəcək. Səfərə Polşa Milli Mədəniyyət Mərkəzi ev sahibliyi edəcək və səfərin bir qismi Vroslavda – Avropa Mədəniyyət Mərkəzində (2016) keçiriləcək.

Altı seçilmiş təşkilat:

  1. Workshops of Culture (Lublin)
  2. Stefan Jaracz Theatre (Olztin)
  3. The C.K. Norwid Culture Centre (Krakov)
  4. Bołt Records (Varşava)
  5. Art Inkubator/ Fabryka Sztuki (Lodz)
  6. The City of Culture Institute (Qdansk)

Bu proqramın məqsədi Polşada və Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət və yaradıcılıq sahələrində fəal təşkilatlar arasında uzunmüddətli tərəfdaşlığa start verməkdir. Tərəfdaşlıqlar Polşanın və Şərq Tərəfdaşlığının təşkilatları arasında əlaqələri dəstəkləyəcək və onlara öz peşəkar inkişaflarını qarşılıqlı olaraq sürətləndirməyə kömək edəcək.

Proqram alt sektorlara bölünəcək və tərəfdaşlıq fəaliyyətlərinə xüsusi mövzularda təlimat, təcrübə mübadiləsi, konfranslar kimi qarşılıqlı imkanları yaratmağa yönəlmiş tədbirlər daxil olacaq.

Proqram təlim səyahətinin xərclərini ödəyəcək. Polşa və Şərq Tərəfdaşlığında iştirak edən təşkilatlar sonrakı əməkdaşlığın xərclərini ödəməli olacaqlar. 

Daha ətraflı məlumat üçün öz ölkənizdə sual-cavab tədbirində iştirak edin

Aİ-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı ərzində hər ölkənin ölkə üzrə koordinatoru qısa qəbul keçirəcək və altı Polşalı tərəfdaşın “Virtual Təlim Səfərini” təqdim edəcək. Tədbirdə ərizəçilər Polşadan olan hər təşkilatın planları və gələcək fəaliyyətləri haqqında daha ətraflı məlumat alacaqlar. Burada siz Təlim Səfəri və ümumilikdə Proqram haqqında suallar verə biləcəksiniz.  Daha ətraflı məlumat üçün Proqramın Facebook  səhifəsini və vebsaytını  ziyarət edin.

Uyğunluq Meyarları

Ərizəçilər üçün meyarlar: Dövlət tərəfindən maliyyələşdirilən dövlət mədəniyyət müəssisələri, mədəniyyət üzrə özəl və kommersiya müəssisələri, mədəniyyət və yaradıcılıq sektorlarında fəaliyyət göstərən ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları. 

Necə müraciət etməli

İştirak etmək istəyən müraciətçilər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının vebsaytı və Facebook səhifəsindən ərizə formasını yükləməklə elektron ərizə verə bilərlər.

Son tarix: 7 dekabr 2015

Ətraflı məlumat üçün:

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının vebsaytına və Facebook səhifəsinə daxil ola bilərsiniz. 

Polşa Milli Mədəniyyət Mərkəzinin vebsaytını - http://www.nck.pl ziyarət edin.