Future English Onlayn Müəllim İcması, ingilis dilini tədris edən müəllimlər üçün tərtib edilmiş onlayn platformadır. Platforma müəllimlər üçün öz yeni fikirlərini, bilik və təcrübələrini bölüşmələri və müvafiq diskussiyalar apara bilmələri üçün vasitəçi rolunu oynayacaqdır, onlar peşələri haqqında daha ətraflı öyrənəcək və tədqiqatda iştirak edəcəklər.
Onlayn Müəllim İcması platforma reqiondakı ingilis dili tədris icmalarını daha da inkişaf etdirmək və British Council-ın ingilis dili müəllimlərinə qarşılıqlı təsirini və onlayn dəstəyini inkişaf etdirmək məqsədi ilə hazırlanmışdır.
Sessiya cədvəli:
Xahiş edirik unutmayın: tədbir saat 17.00-dan 20.20-dək davam edəcək, iştirakçılar istənilən vaxtında qoşula və sessiyalarda iştirak edə bilərlər.
Nə vaxt: | Kim: | Mövzu: |
17.00-17.15 |
Ceyms Şarp, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Samr Şah, British Council-ın Azərbaycanda direktoru, Rəqsanə Məmmədova, AZETA-nın prezidenti, Avropa Azərbaycan Məktəbi. |
Giriş sözü və rəsmi açılışı |
17:15-17:25 |
Saymon Eterton, Future English proqramının direktoru, British Council, Maya Mandekiç, Reqiondakı Meneceri, British Council. |
Onlayn müəllimlər icmasına rəsmi qarşılama |
17:25-18:20 | Skott Tornburi | Dogme və Teaching Unplugged metodikalarının onlayn və uzaqdan tədrisə uyğunlaşdırılması |
18:20-18:55 |
Kristiana Osan, British Council Onlayn Müəllimlər İcmasının moderatoru, Teodora Naiba, British Council Onlayn Müəllimlər İcmasının moderatoru. |
İngilis dili müəllimləri üçün Onlayn Müəllimlər İcmasının əsas üstünlükləri və xüsusiyyətləri |
18:55-19:30 |
Mariya Xose Galleno, British Council Onlayn Müəllimlər İcmasının moderatoru, Nataliia Naiavko, British Council Onlayn Müəllimlər İcmasının moderatoru. |
İngilis dili müəllimləri üçün E-porfolio sistemi |
19:30-20:10 |
Rəqsanə Məmmədova, AZETA-nın prezidenti, Avropa Azərbaycan Məktəbi, Könül Haciyeva, doktor, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin rəhbəri, Azərbaycan Dillər Universiteti. |
Onlayn tədris metodikaları |
20:10-20:20 |
Saymon Eterton, Future English proqramının direktoru, British Council, Maya Mandekiç, Reqiondakı Meneceri, British Council. |
Sessiyanın yekunlaşdırılması və qarşıdakı veb seminar və kursların elan edilməsi. |