Bu il Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet 90 illik yubileyini qeyd etdi. O Britaniya tarixində ən çox hakimiyyətdə olan monarx olmuş və 65 ilə yaxındır ki, kraliçadır.
Kraliçadan nə soruşmaq istərdiniz? Ona doğumgünü yubileyi münasibətilə nə arzulamaq istərdiniz?
Kraliça ülyahəzrətlərinə məktub yazın. Biz ən yaxşı üç məktubu Bukinqham Sarayına göndərəcəyik. Həmçinin ən yaxşı üç məktub hədiyyə qazanacaq.
Müsabiqənin şərtləri:
- Hər bir yazı azyaşlı uşaq tərəfindən yazılmalı, tamamilə uşağa məxsus iş olmalı və başqa işin köçürməsi olmamalıdır. Başqa şəxslərin məzmununu köçürənlər müsabiqədən kənarlaşdırılacaqlar.
- Məktublar əlyazısı olmalıdır.
- İştirakçılar şəkilləri əlavə edə bilərlər.
- Yazı rəsmi qeydiyyat formasında yazılmalıdır. Qeydiyyat formalarını 1 oktyabr tarixində Bulvarda keçiriləcək “Avropa şəhərciyi” festivalındakı Birləşmiş Krallıq çadırından əldə edə bilərsiniz.
- Müsabiqənin mövzusu “Kraliça ülyahəzrətlərinə məktub yazın” adlanır.
- Müsabiqə 14 yaşdan (1 oktyabr 2016-cı il tarixinədək) aşağı uşaqlara açıq elan edilir.
- Söz məhdudiyyəti 300 sözdür.
- Məktublar tamamalndıqdan sonra, xahiş edirik uşağın adının düzgünlüyünü, yaşını (1 oktyabr 2016-cı il tarixinədək), məktəbin adını və poçt kodunun hər bir qeydiyyat formasında qeyd olunduğunu yoxlayın.
- Məktubları 1 oktyabr tarixində saat 14:00-17:00-da keçiriləcək “Avropa şəhərciyi” festivalında, Birləşmiş Krallıq çadırındakı qırmızı poçt qutusuna atmalısınız.
CƏDVƏL
Müsabiqəyə qeydiyyat tarixi
1 oktyabr 2016-cı il, saat 14:00
Müsabiqənin başa çatma tarixi
1 oktyabr 2016-cı il, saat 17:00
Qiymətləndirmə
Oktyabr
Qaliblərin elan edilməsi
2016-cı il noyabrın əvvəli