Date
Bazar 23 Dekabr 2018 -
13:00 - 14:30

Bu sərgidə Londonda Leonardonun rəssamlıq irsinin yarısından çoxu bir araya gəlib – bu, tarixdə tayı-bərabəri olmayan bir tədbir idi. Krakovda Çartorıyski knyazlarının Fondundan "Kürklü qadın", Luvrdan "Gözəl Ferronera", Ermitajdan "Litta Madonnası", Vatikan Pinakotekidən "Xeyir-dua almış İeronim" və Luvr və Milli Qalereyadan olan iki "Madonna qayalıqlarda" rəsmi London auditoriyasına həyatının sonlarında, fransız kralı I Frensisin sarayında yaşayıb-yaradarkən medianın mərkəzində duran sənət xadimi, ya da şöhrətinin zirvəsində dayanan ustad sənətkar Leonardonu deyil, başqa bir Leonardo göstərdi. Bu Leonardo Cokondadan əvvəlki, formalaşmağa doğru gedən, yorulmadan təcrübə aparan rəssamdır.