fiveFilms4freedom
Date
Cümə 18 Dekabr 2015 -
00:00 - 22:00
Location
Azərbaycan, Bakı

fiveFilms4freedom – sevgi insan hüququdur.

2015-ci ildə biz dünyanın ilk qlobal onlayn LGTB film festivalını yaratdıq.

Hərkəsin hər yerdə izləməsi üçün BFI’s Flare Festivalından beş qısa metrajlı film hazırladıq.

Biz bütün dünyada insanlardan filmi izləmələrini və “sevgi insan hüququdur” deməkdə bizə qoşulmalarını istədik. Dünyanın 135 ölkəsində insanlar bunu #FiveFilms4Freedom həştəqi ilə sosial şəbəkələrdə paylaşdılar.

Hal-hazırda biz 2016-cı ilin “fiveFilms4freedom”-u olacağı beş qısa metrajlı filmi səbirsizliklə gözləyirik. Siz də öz filminizin seçilməsini istəyisinizsə 18 dekabradək fliminizi BFI Flare-ə göndərin. Filmi göndərmək üçün onlayn ərizə formasını buradan doldurun. Formanı doldurmadan əvvəl müraciət qaydaları ilə tanış olun və lazımi informasiyaları təmin edin. 2016-cı il BFI üçün ərizə göndərmə prosesi ilə bağlıbütün təfərrüatları buradan öyrənə bilərsiniz.