1-2 noyabr 2014-cü il tarixlərində British Council Azərbaycan özünün növbəti Education UK təhsil sərgisini keçirəcək. Bu payız sərgidə Birləşmiş Krallığın 43 aparıcı universiteti, İngilis dili kursu, kolleci və məktəbi iştirak edəcək. Education UK sərgisinin əsas məqsədlərindən biri müasir tələbələrə akademik biliklərlə yanaşı müstəqil düşünmə və yaradıcılıq imkanları verən Britaniya təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır. Bu Birləşmiş Krallığın yüksək reytinqli universitetlərinin, ən güclü kollec və məktəblərinin və ən yaxşı İngilis dili kurslarının Azərbaycandakı ən nəhəng sərgisidir.
Sərgidə iştirak etməklə siz müxtəlif təhsil pillələri üzrə tədris imkanları, təqaüd proqramları, distant təhsil barəsində məlumatlana, universitetlərə, məktəb və kolleclərə birbaşa ərizə qəbulu, təhsil müəssisələrinin nümayəndələri ilə özünüzün və ya övladlarınızın təhsil planları ilə bağlı konsultasiya almaq imkanlarından yararlana biləcəksiniz. Sərgidə eyni zamanda Birləşmiş Krallıqda təhsil ilə bağlı universitet, məktəb və kolleclərin nümayəndələri tərəfindən müxtəlif təqdimatlar və British Council tərəfindən isə maraqlı müsabiqələr keçiriləcək.
Bütün bu imkanlar üçün siz sadəcə bu linkə daxil olub sərgiyə qeydiyyatdan keçməlisiniz:
Sərgi proqramı və müsabiqələr də daxil olmaqla sərgi haqqında daha ətraflı məlumat və yeniliklər üçün bizim internet və Facebook səhifələrimizi izləyə bilərsiniz:
www.educationuk.org/Azerbaijan
www.facebook.com/BritishCouncilAzerbaijan
www.facebook.com/EducationUK.BritishCouncil
Facebook-da sərginin səhifəsinə qoşulun və yeniliklərdən mütəmadi xəbərdar olun.
Sərgidə iştirak edəcək universitet, məktəb, kollec və İngilis dili kurslarının siyahısını təqdim edirik:
Kollec və Məktəblər:
1. Bellerbys College
2. Cambridge Education Group
3. David Game College
4. EF International Language Centers
5. Friends' School, Saffron Walden
6. Kingston College
7. Mander Portman Woodward
Universitetlər:
8. Anglia Ruskin University
9. Aston University
10. Cardiff University
11. City University London
12. Coventry University
13. De Montfort University
14. Edinburgh University
15. ESCP Europe Business School
16. Heriot-Watt University
17. INTO University Partnerships
18. Lancaster University
19. Newcastle University
20. Queen Mary University of London
21. Royal Agricultural University
22. Royal Holloway, University of London
23. The University of Northampton
24. The University of Nottingham
25. University of Aberdeen
26. University of Bath
27. University of Birmingham
28. University of Bristol
29. University of Derby
30. University of Essex
31. University of Exeter
32. University of Glasgow
33. University of Kent
34. University of Leeds
35. University of Leicester
36. University of Reading
37. University of Sheffield
38. University of Southampton
39. University of St Andrews
40. University of Surrey
41. University of Warwick
42. University of Westminster
43. University of York