Date
Bazar ertəsi 16 April 2018 - 00:00

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi çox böyük məmnuniyyətlə dizayn fakültəsi tələbələrini  ilk dəfə keçirilən Podium üçün Dizayn Müsabiqəsinə dəvət edir.

Müsabiqə iştirakçıları Britaniya incəsənəti və mədəniyyətindən ilham alaraq müasir və ya ənənəvi üslubda bir geyim dizayn etməlidir. Eskiz  orijinal, rəngli olmalı, rəsm, fotoşəkil və ya rəqəmsal incəsənət texnikalarından hər hansı birinin istifadə edilməsi ilə hazırlanmalı və özündə yaradıcılıq və orijinallığı təcəssüm etdirməlidir.

Qalib gəlmiş iştirakçının dizayn etdiyi geyim tikiləcək və podiumunda nümayiş etdiriləcək. Bundan başqa, qalib dəb dünyasında böyük nüfuza malik olan London Dəb Həftəsində iştirak etmək üçün Birləşmiş Krallığa səyahət bileti qazanacaq.

Podiumda gözqamaşdıran uğura sahib olmaq üçün nə lazım olduğunu bilirsiniz? O zaman əsərinizi 16 aprel, bazar ertəsi gününə qədər müsabiqəyə təqdim edin.

Qaydalar və Şərtlər

  • Müsabiqədə Azərbaycan universitetlərində və ya Rəssamlıq Akademiyasında dizayn ixtisası üzrə təhsil alan əyani tələbələr iştirak edə bilər
  • Müsabiqə 2 aprel 2018-ci il tarixində başlayır və 16 aprel 2018-ci il tarixində sona çatır.
  • Müsabiqədə iştirak etmək üçün dizaynı .jpg və ya .pdf formatında təqdim etmək lazımdır.
  • İştirakçılar ad, ünvan, poçt kodu, e-poçt ünvanı və mobil telefon nömrəsini göstərməlidir.
  • Əsəri müsabiqəyə əsl müəllifləri təqdim etməlidir.
  • Müsabiqəyə təqdim edilmiş işlər orijinal əsər olmalıdır.
  • Münsiflər heyəti təqdim edilmiş işlərdə yaradıcılıq, keyfiyyət və zərifliyə xüsusi diqqət göstərəcək.
  • Müsabiqə iştirakçıları təminat verir ki, müsabiqəyə göndərdikləri əsərlər üçüncü şəxslərin hüquqlarını pozan hər hansı material ehtiva etmir.
  • Hər iştirakçı yalnız bir əsər təqdim edə bilər.
  • Müsabiqəyə göndərilmiş əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və onların qərarı yekun olacaq.
  • Müsabiqədə bir əsər qalib gələcək. Mükafat Londona səyahət bileti və London Dəb Həftəsinə dəvətnamədir.
  • Qalib 2018-ci ilin sentyabrında London Dəb Həftəsində iştirak etməyə hazır olmalıdır.
  • Müsabiqənin qalibi telefon və e-poçt vasitəsilə məlumatlandırılacaq. 
  • Gecikmiş, itirilmiş və ya səhv göndərilmiş əsərlərə görə biz məsuliyyət daşımırıq.
  • Müsabiqə haqqında məlumat nəşr edildiyi an üçün düzgündür.

Bütün əsərlər 16 aprel 2018-ci il, gecə yarısına qədər aşağıdakı e-poçt ünvanına göndərilməlidir: enquiries@britishcouncil.az