Date
Çərşənbə 08 April 2015 - 00:00 - Bazar 12 April 2015 - 00:00
Location
Bakı, Azərbaycan

Bahar qapımızı döyür.

Yeni mövsümü bayram etmək üçün British Council sizi Britaniyanın möhtəşəm yeni filmlərinə baxmağa dəvət edir. Britaniya Film Mövsümü Birləşmiş Krallıq Səfirliyi və 28 Cinema ilə tərəfdaşlıq çərçivəsində, Price Waterhouse Coopers-nin dəstəyi ilə və UNİCEF və Azərbaycandan olan 16 gənc kinorejissorun tərəfdaşlığı ilə baş tutan bir tədbir nəticəsində təqdim edilir.

8 – 12 aprel 2015 tarixlərində 28 Mall ticarət mərkəzində yerləşən 28 Cinema kinoteatrında bizə qoşularaq, klassik macəradan maraqlı komediyaya, bioqrafik dramdan ən ağıllı cizgi filmlərinə qədər ən yeni Britaniya filmlərinə tamaşa edə bilərsiniz. Hər bir film görməyə dəyər, ona görə də, bu həftə üçün proqramınızı planlaşdırın, pop-korn hazırlayın və ən maraqlı Britaniya filmlərinə baxmağa hazırlaşın.

Filmlərdən dördü Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək. Cənab Turner və Qürur və Shaun the Sheep mükafat qazanmış yeni filmlərdir;  Alfred Hiçkokun Zəng filmi səsssiz  kino nümunəsi olan nadir klassik əsərlərdəndir. İmitasiya oyunu Benedikt Kumberbatçı yenidən sizin ekranlara qaytarır. Uşaqların Hekayəsi və Film isə, dünyada uşaqların kinodakı işindən bəhs edən ilk filmdir. Bu filmdə 16 gənc yaşlı kinorejissorun nailiyyətlərindən və onların  «Bacarıqlar sərhədsizdir» mövzusunda maraqlı bir dəqiqəlik filmlərindən bəhs edilir (UNICEF dəstəyi ilə). Festival zamanı Paddington və Qürur filmlərini də Azərbaycanda ilk dəfə olaraq ingilis dilində izləyə bilərsiniz. 

8 aprel 2015 

20.00 Mr Turner 

9 aprel 2015

18.30 İmitation Game 

21.00 The Ring

10 aprel 2015 

14.00 Shaun the Sheep 

17.00 The Story of Children and Film 

19.00 Pride 

11 aprel 2015

15.00 Shaun the Sheep 

17.30 Paddington 

19.30 Pride 

12 aprel 2015

15.00 Shaun the Sheep 

17.00 Mr Turner 

Ətraflı məlumat almaq və ya biletləri əvvəlcədən onlayn qaydada əldə etmək üçün www.28cinema.az saytını ziyarət edə bilərsiniz. 

Biletin qiyməti 2D film üçün 2AZN, 3 D film üçün 3 AZN-dir. Hər artıq ölçü üçün cəmi 1 AZN qiymət artırılır.

Bütün filmlər ingilis dilində nümayiş olunur.  Shaun the Sheep qoyunların mələməsi ilə səsləndirilmişdir.