Birmingham Universitetinin 15 və 16 may 2015-ci il tarixlərində 2 sessiyasında iştirak imkanı
Date
Cümə 01 May 2015 - 00:00 - Şənbə 16 May 2015 - 00:00
Location
Bakı, Azərbaycan

Birmingham Universiteti ‘2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında’ yer alıb və hər il burada Kompüter elmləri, Mühəndislik, Bank işi, Maliyyə və İnsan Resursları Menecmenti ixtisaslarında Azərbaycandan olan onlarla gənc təhsil almağa başlayır.

Birmingham Universiteti beynəlxalq tələbələr arasında növbəti səbəblər də daxil olmaqla populyar seçimdir:

• Dünyanın lider və prestijli universitetlərindən biridir;

• Tədqiqat mükəmməlliyi və təhsilin ali səviyyəsinə görə Birləşmiş Krallıqda 12-ci yerdədir;

• Ümumilikdə universitetdə 28 000 tələbə təhsil alır ki, onların da 4 500 nəfəri beynəlxalq tələbələrdilər;

• 100 il bundan öncə uzunmüddətli kəşf və tapıntılar ənənəsi ilə təsis edilib;

• Biznes, Kompüter elmləri, Mühəndislik, Təhsil Elm, Hüquq və Sosial elmlər də daxil olmaqla demək olar ki bütün əsas istiqamətlər üzrə proqramlar təqdim edilir;

• Universitetinin kampusu dinamik Birmingham şəhərindən sadəcə 3 mil məsafədə yerləşir;

• Birləşmiş Krallıq universitetlərinin prestijli Russel Group-na daxildir.

May ayında Bakıya səfər edəcək Birmingham Universitetinin nümayəndəsi xanım Alexa Haslamın 15 may 2015-ci il tarixində saat 18:00-20:00 arası və 16 may 2015-ci il tarixində saat 12:00-14:00 arası 2 təqdimatı keçiriləcək. Sessiyaların hər ikisinin məzmunu eynidir. Bu universitetdə təhsil almaq arzusunda olan hər bir şəxs ‘Birmingham Universitetində Təhsil’ mövzusunda keçiriləcək 2 təqdimatdan istənilən birinə dəvətlidir. Bu sizin dünyanın top universitetlərindən biri haqqında daha çox məlumat əldə edə bilməniz üçün şansınızdır. 

Təqdimat haqqında ətraflı məlumat:

15 may 2014, Cümə; 18:00-dan 20:00-dək

16 may 2014, Şənbə; 12:00-dan 14:00-dək

Məkan: British Council, 90A Nizami küçəsi, Landmark III, Bakı, AZ1000

Təqdimatda iştirak ödənişsizdir.

Qeydiyyat üçün:

Təqdimatda iştirak üçün zəhmət olmasa British Council-in Təhsil İşləri üzrə İcraçısı İlham Yusifova, növbəti e-mail ünvanına, ilham.yusifov@britishcouncil.az, öz adınızı, əlaqə vasitələrinizi və təqdimat başlığını (The University of Birmingham Presentation) göndərin.

Yerlər məhduddur!