Birmingham Universiteti ‘2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında’ yer alıb və hər il burada Kompüter elmləri, Mühəndislik, Bank işi, Maliyyə və İnsan Resursları Menecmenti ixtisaslarında Azərbaycandan olan onlarla gənclər təhsil almağa başlayırlar.
Birmingham Universiteti beynəlxalq tələbələr arasında növbəti səbəblər də daxil olmaqla populyar seçimdir:
- Dünyanın lider və prestijli universitetlərindən biridir;
- Biznes, Kompüter elmləri, Mühəndislik, Təhsil Elm, Hüquq və Sosial elmlər də daxil olmaqla demək olar ki bütün əsas istiqamətlər üzrə proqramlar təqdim edilir;
- Tədqiqat mükəmməlliyi və təhsilin ali səviyyəsinə görə Birləşmiş Krallıqda 12-ci yerdədir;
- Ümumlikdə universitetdə 28 000 tələbə təhsil alır ki, onların da 4 500 nəfəri beynəlxalq tələbələrdilər;
- 100 il bundan öncə uzunmüddətli kəşf və tapıntılar ənənəsi ilə təsis edilib;
- Universitetinin kampusu dinamik Birmingham şəhərindən sadəcə 3 mil məsafədə yerləşir;
- Birləşmiş Krallıq universitetlərinin prestijli Russel Group-na daxildir.
İyun ayında Bakıya səfər edəcək Birmingham Universitetinin nümayəndəsi xanım Alexa Haslamın 06 iyun 2014-cü il tarixində, saat 18:30-da British Council Azərbaycanın ofisində təqdimatı olacaq. Bu universitetdə təhsil almaq arzusunda olan hər bir şəxs onun ‘Birmingham Universitetində Təhsil’ mövzusunda keçirəcəyi təqdimata dəvətlidir. Bu sizin dünyanın top universitetlərindən biri haqqında daha çox məlumat əldə edə bilməniz üçün şansınızdır.
Təqdimat haqqında ətraflı məlumat:
Tarix: 06 iyun 2014, Cümə
Vaxt: 18:30
Location: British Council, 90A Nizami küçəsi, Landmark III, Bakı, AZ1000
Təqdimatda iştirak ödənişsizdir.
Qeydiyyat üçün:
Təqdimatda iştirak üçün zəhmət olmasa British Council-in Təhsil İşləri üzrə İcraçısı İlham Yusifova, növbəti e-mail ünvanına, ilham.yusifov@britishcouncil.az, öz adınızı, əlaqə vasitələrinizi və təqdimat başlığını (The University of Birmingham Presentation) göndərin. Həmçinin, qeydiyyatdan keçərkən xahiş edirik Birmingham Universitetində bakalavr, yoxsa magistr və ya PhD pilləsi üzrə təhsil almaq almaq niyyətində olduğunuzu bildirəsiniz.
Yerlər məhduddur!