Oktyabr ayının 25-26-da Daş salnamə muzeyində (Bayraq meydanı) "İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq" forumu təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrinin inkişaf etdirilməsidir. Forumda Avropa İttifaqından uğurlu nümunələr gətiriləcək, habelə Azərbaycandan olan ən yaxşı təcrübələr və misallar vurğulanacaq. Aİ-Şərq Tərəfdaşlığının Mədəniyyət və Yaradıcılıq Proqramı çərçivəsində təşkil edilən Milli Mədəniyyət Forumlarından sonuncusu olan bu forum eyni zamanda Proqramın həyata keçirildiyi müddətdə əldə edilən əsas nəticələrin təqdim edilməsi üçün platforma rolu oynayacaq.
Tədbir iki əsas hissədən ibarət olacaq:
- 25 oktyabr tarixində Tələbələr üçün biznesin inkişafı üzrə çoxsahəli seminar - "TEAMLAB AZERBAIJAN". Tədbir müxtəlif təhsil sahələrindən və universitetlərdən olan tələbələri və gənc sahibkarları cəlb edərək, səriştəli ekspert və mentorların köməyilə yaradıcı biznes planlarının işlənib hazırlanması, şəxsi təcrübənin qazandırılması kimi imkanlar yaradacaq. Seminarın məqsədi operativ şəkildə işlənib hazırlanmış yaradıcı biznes ideyalarını komanda daxilində inkişaf etdirmək üçün müxtəlif sahələrdən olan, fərqli bilik və bacarıqlara malik ayrı-ayrı insanlarla ünsiyyət qurmaqdan ibarət idi.
- 26 oktyabr tarixində Yaradıcılıq Sahələrinin İnkişafı Forumu. Forumda Azərbaycanda yaradıcılıq sahələrinin dayanıqlı qarşılıqlı əlaqə sisteminin inkişaf etdirilməsi və Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinin mübadiləsi üzrə əsas prinsiplər vurğulanacaq. Forum Proqramın həyat dövrünün sonunda təşkil olunacağı üçün o, Mədəniyyət və Yaradıcılıq Proqramının fəaliyyəti çərçivəsində Azərbaycanda mədəniyyət və yaradıcılıq sektorunun inkişaf etdirilməsi üzrə bütün əsas nəticələri, o cümlədən, alt-sektorlara aid sxemlər, Kreativ Şəhərlər və Regionlar Təşəbbüsü, audiovizual sektorun inkişafına dair qısa analitik icmallar, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafı haqqında hesabat, UNESCO-nun İnkişaf Göstəriciləri üçün Mədəniyyət (CDIS) metodologiyası və s. üzrə nəticələri təqdim etməyə və müzakirə etməyə imkan verəcək.
Forumun məqsədləri:
- Mədəniyyət və yaradıcılıq sahələri haqqında məlumatlılığı artırmaq və onların Azərbaycanın inkişafına töhfə vermək potensialını yüksəltmək.
- Azərbaycanda yaradıcılıq sahələrinin qarşılıqlı əlaqə sistemini inkişaf etdirməyin yollarını müzakirə etmək və əsas maraqlı tərəflərə tövsiyələr vermək.
- Mədəniyyət və Yaradıcılıq Proqramının fəaliyyəti, elmi-tədqiqat layihələri və sxemləri üzrə əsas nəticələri təqdim etmək və nəticələri daha geniş auditoriya ilə bölüşmək.
- Müxtəlif bilik sahələrindən olan tələbələrə mentorların və yaradıcılıq sahəsinin mütəxəssislərinin köməyilə yaradıcı ideyalarını inkişaf etdirmək və yaradıcı biznes modellərini işləyib hazırlamaq baxımından praktik təcrübə qazandırmaq.
- Sahibkarlıq yönümlü düşüncə tərzini təbliğ etmək və yeni layihələrə start verməkdə və ya kiçik bizneslə məşğul olmaqda yaradıcılıq sahəsinin mütəxəssislərinə yardımçı olmaq məqsədilə metod və vasitələr təqdim etmək.
Foruma iştirakçı kimi qatılmaq istəyirsinizsə, xahiş edirik onlayn ərizə formasını doldurun.