Bizim fəaliyyətimiz müxtəlif mədəniyyətləri bir araya gətirən mənalı, davamlı və hörmətli münasibətlərin qurulmasına əsaslanır. Biz bunu bərabərlik, inklüzivlik və fərqlilik prinsiplərinə dərin sadiqlik hissi olmadan həyata keçirə bilmərik. Məhz bu səbəbdən, hər il bir həftəni işçilərimiz, proqram iştirakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızın fərqliliyini qeyd etməyə həsr edirik. Biz 2019-cu ilin 18-22 noyabr tarixlərində işçilərimiz, tərəfdaşlarımız və geniş ictimaiyyətin iştirak etməsi üçün bir sıra inklüziv və təhsil xarakterli tədbirlər təşkil edirik. Ümid edirik, müxtəlifliyin dəyərini qeyd etmək üçün bizə qoşulacaqsınız.
British Council geniş ictimaiyyəti "Müxtəliflik Həftəsi" çərçivəsində keçirilən bu üç tədbirdə iştirak etməyə dəvət edir.
Azərbaycandakı "British Council"in ölkə üzrə direktoru Samr Şahın sözlərinə görə,
“Bizim Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olaraq məqsədimiz fərqli təcrübələr, bacarıqlar və biliklərə malik olan insanları bir araya gətirən inklüziv proqram və layihələr hazırlamaqdan ibarətdir. Məhz bu səbəbdən, biz hər il bütöv bir həftəni bərabərlik, fərqlilik və inklüzivlik prinsiplərinə sadiqlik hissimizi qeyd etməyə həsr edirik. Bu il keçirdiyimiz tədbirlərdə Birləşmiş Krallıq və Azərbaycandan olan, dünyanı dəyişmək qətiyyətinə malik insanlar bizə qoşularaq ölkələrimizdə fərqliliyin təşviq və qeyd edilməsinə yönəlmiş ideya və fəaliyyətlərini paylaşacaqlar.”