Date
Bazar ertəsi 09 November 2015 - 00:00
Location
Bakı, Azərbaycan

British Council Birləşmiş Krallıq və Azərbaycanın ali təhsil müəssisələrinin nümyaəndələrini Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbirində iştirak etməyə dəvət edir. Tədbir 9 noyabr, 2015-ci il tarixində Hilton otelində keçiriləcəkdir. 

Tədbirin əsas məqsədi

Tədbirin keçirilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələrini bir yerə toplayaraq əməkdaşlıq imkanlarının üz-üzə müzakirəsi üçün zaman ayırmaq, ortaq maraqları öyrənmək və gələcək əməkdaşlığın qurulması məqsədilə əlaqə məlumatlarının mübadiləsi üçün imkan yaratmaqdır.

Tədbirin formatı

Tədbirdə iştirak edən Birləşmiş Krallığın Universitetləri Azərbaycandan olan universitet nümayəndələri üçün qısa təqdimalar keçirəcəklər. Təqdimatlardan sonra sual-cavab sessiyası keçiriləcəkdir. Təqdimat və sual-cavab sessiyasından sonra iştirakçılar əlaqə məlumatlarının mübadiləsi və mümkün əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi üçün ünsiyyət qurmaq imkanını əldə edəcəklər.

Tədbirdə kimlər iştirak edə bilər

Tədbir qarşılıqlı ünsiyyət və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan Azərbaycan və Birləşmiş Krallığın ali təhsil müəssisələrinin nümyəndələri üçün açıqdır. 

7-8 noyabr, 2015-ci il tarixində Birləşmiş Krallıqda Təhsil Sərgisində iştirak edəcək Birləşmiş Krallığın universitet nümayəndələri tədbirdə iştirak üçün dəvət olunurlar.

Tədbirdə iştirak edərək ali təhsil müəssisələri aşağıdakı faydaları əldə edəcəklər:Birləşmiş Krallıq və Azərbaycan universitetləri arasında: tələbə mübadiləsi; iki dərəcəli proqramlar; müəllim təlimi; tədris planının inkişafı və s. baxımından gələcək əməkdaşlığın müzakirəsi və inkişafı üçün ünsiyyət etmək imkanı 

Qeydiyyat

Tədbirdə iştirak etmık üçün xahiş edirik ki, aşağıda təqdim olunan qeydiyyat formasını tamamlayaraq Təhsil İşləri üzrə İcarçı Nigar Nəsrullayevaya göndərəsiniz. Qeydiyyat üçün son tarix 30 Oktyabr, 2015-ci ildir.

Tədbir barədə ətraflı məlumata ehtiyacınız olarsa Təhsil İşləri üzrə İcraçı Nigar Nəsrullayevaya müraciət edə bilərsiniz.

Birləşmiş Krallıq və Azərbaycanın Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbiri 2014

Keçən il 1-2 noyabr tarixində keçirilən Birləşmiş Krallıqda Təhsil Sərgisində Birləşmiş Krallığın 40 ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər. Sərgidə iştirak edən 20 ali təhsil müəssisələrinin nümayəndələri növbəti gün keçirilən Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbirində də iştirak etdilər.

Azərbaycan Universitetlərini ümumilikdə 61 nəfərdən ibarət 24 özəl və dövlət universitetlərinin nümayəndələri təmsil edirdi. Tədbirdə, həmçinin, Təhsil Nazirliyinin və Erasmus + proqramının da nümayəndələri iştirak etdilər.

Tədbirdən əldə olunan nəticələr:

  • Birləşmiş Krallığın 20 universiteti tədbirdə iştirak etdi
  • Azərbaycanın 24 universiteti tədbirdə iştirak etdi
  • Tədbir rəsmi şəkildə Birləşmiş Krallığın Azərbaycandakı Səfiri və Təhsil Nazirliyinin nümayəndələri tərəfindən açıldı 
  • Tədbirin qiymətləndirilməsinin nəticəsi olaraq iştirakçıların 79%-i tədbirin yüksək keyfiyyətdə keçirildiyinin və gözləntilərin qarşılandığını qeyd etdi
  • İştirakçıların 75%-i tədbir zamanı yeni və dəyərli məlumatı əldə etdiklərini qeyd etdi
  • Tədbirin nəticəsi olaraq hal-hazırda 5 ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün müzakirələr aparılır