University of Birmingham
Date
Çərşənbə axşamı 17 May 2016 - 18:00 - Çərşənbə 18 May 2016 - 20:00

‘2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında’ da yer almış Birmingham Universiteti hər il onlarla azərbaycanlı gəncin Britaniyada təhsil seçimi olur. Onlar bu universitetdə Kompüter elmləri, Mühəndislik, Bank işi, Maliyyə və İnsan Resursları Menecmenti ixtisasları da daxil olmaqla müxtəlif proqramlar üzrə təhsil alırlar.

Birmingham Universiteti beynəlxalq tələbələr arasında növbəti səbəblər də daxil olmaqla populyar seçimdir:

  • Dünyanın lider və prestijli universitetlərindən biridir;
  • Tədqiqatlarının 81 %-dən çoxu Tədqiqat Mükəmməlliyi Əməkdaşlığı Çərçivəsində son hesabatlara əsasən dünya üzrə yüksək nəticələr əldə edib;
  • Ümumilikdə universitetdə 30 000 tələbə təhsil alır ki, onların da 5 000 nəfəri beynəlxalq tələbələrdilər;
  • 100 il bundan öncə uzunmüddətli kəşf və tapıntılar ənənəsi ilə təsis edilib;
  • Biznes, Kompüter elmləri, Mühəndislik, Təhsil Elm, Hüquq və Sosial elmlər də daxil olmaqla demək olar ki, bütün əsas istiqamətlər üzrə proqramlar təqdim edilir;
  • Universitetinin kampusu dinamik Birmingham şəhərindən sadəcə 3 mil məsafədə yerləşir;
  • Birləşmiş Krallıq universitetlərinin prestijli Russel Group-na daxildir.

May ayında Bakıya səfər edəcək Birmingham Universitetinin nümayəndəsi xanım Alexa Haslamın British Council Azərbaycanın ofisində bu universitetdə təhsil almaqla bağlı 2 təqdimatı keçiriləcək. Sessiyaların hər ikisinin məzmunu eynidir və bu universitetdə təhsil almaq arzusunda olan hər bir şəxs sessiyaların istənilən birində iştirak edə bilər. Bu sizin dünyanın top universitetlərindən biri haqqında daha çox məlumat əldə edə bilməniz, eləcə də artıq bu universitetdən qəbul almışsınızsa Birləşmiş Krallığa səyahət etmədən öncə universitetin nümayəndəsi ilə danışa bilməniz üçün əla imkandır.

Təqdimat haqqında ətraflı məlumat:

17 may 2016, Çərşənbə axşamı, 18:00-dan 20:00-dək

18 may 2016, Çərşənbə, 18:00-dan 20:00-dək

Məkan: British Council, 90A Nizami küçəsi, Landmark III, Bakı, AZ1000

Təqdimat İngilis dilində keçiriləcək və təqdimatda iştirak ödənişsizdir.

Qeydiyyat üçün:

Təqdimatda iştirak üçün zəhmət olmasa British Council-in Təhsil İşləri üzrə İcraçısı İlham Yusifova, növbəti e-mail ünvanına, ilham.yusifov@britishcouncil.az, öz adınızı, əlaqə vasitələrinizi və təqdimat başlığını (University of Birmingham Presentation) göndərin. 

Yerlər məhduddur!