Reading Universiteti aşağıda sadalananlar da daxil olmaqla bir çox cəhətlərinə görə beynəlxalq tələbələr arasında çox populyardır:
- Beynəlxalq səviyyədə tanınması: Times Higher Education dünya reytinqində və QS Universitetlərin dünya reytinqində 2015-2016-cı illər üzrə dünyanın 1 % top universitetlərin arasında yer alıb;
- Tarixi: 150 illik tarix, belə ki, 1892-ci ilə geri dönərək universitetin Oxford Universitetinin törəməsi olduğunu görmək olar;
- Əlverişli mövqeyi: Mərkəzi Londondan sadəcə 30 dəqiqəlik, Heathrow aeroportundan isə sadəcə 40 dəqiqəlik məsafədə yerləşir;
- Beynəlxalq müxtəlifliyi: Burada 150-dən artıq ölkədən 18,000 tələbə təhsil alır;
- Tədqiqat: Tədqiqatların 98 %-i beynəlxalq dayanıqlıdır;
- Məşğulluq imkanları: Məzunlarının 94 %-i məzun olduqdan sonra 6 ay müddətində ya işləməyə, ya da növbəti təhsil pilləsində təhsil almağa başlayırlar;
- Kampusundakı mühiti: Whiteknights kampusu 30 hektarlıq gözəl park ərazisidir. 2014-cü il bura 1,500 yaşıl yer arasında İnsanların Seçimi üzrə 6-cı yeri tutub;
- İnvestisiyaları: Son 10 il ərzində yüksək səviyyəli tədris, tədqiqat və tələbə infrastrukturuna 400 milyon funt sterlinqdən artıq kapital yatırımı edilib;
- Nəhayət, 89 %-lik tələbə məmnuniyyəti!
Universitetinin səlahiyyətli nümayəndəsi Xanım Ayjemal Kulhanovanın 30 mart 2016-cı il tarixində British Council Azərbaycanın ofisində ‘Azərbaycandan Reading Universitetində magistr təhsili almaq istəyənlərə təklif edilən təqaüdlər’ mövzusunda təqdimatı keçiriləcək. Təqdimat ümumilikdə Reading Universiteti haqqında, eləcə də təqdim edilən ixtisas və proqramlar, bu universitetdə magistr təhsili almağı arzulayan azərbaycanlı tələbələr üçün təklif edilən təqaüd imkanları haqqında faydalı məlumatları əhatə edəcək.
Təqdimatın detalları:
Tarix: 30 mart 2016, Çərşənbə
Vaxt: 18:00-20:00
Məkan: British Council, 90A Nizami küçəsi, Landmark III, Bakı, AZ1000
Təqdimatda iştirak ödənişsizdir.
Qeydiyyat üçün zəhmət olmasa ilham.yusifov@britishcouncil.az e-mail ünvanına öz əlaqə vasitələrinizi göndərərdiniz. E-mailin başlığına University of Reading yazmağı unutmayın.
Yerlər məhduddur!