Shakespeare on Film on Tour
Date
Bazar ertəsi 29 Fevral 2016 - 13:00 - Çərşənbə axşamı 15 Mart 2016 - 19:00

British Council Films "Şekspir Filmlərdə" beynəlxalq tur proqramının Britaniya versiyasını təqdim etmək üçün Britaniya Film İnstitutu (BFİ) və digər tərəfdaşlarla əməkdaşlıq edir.

BFİ-nun kuratorluq etdiyi təxminən 20 bədii filmdən ibarət olan xüsusi proqram Britaniya kinosu tərəfindən Şekspirin əsərlərinin necə dəyişdirildiyini və yenidən necə canlandırıldığını göstərir.

Proqrama Şekspirin əsərlərinə çəkilmiş, bu günə gəlib çatmış səssiz filmlər, onun əsərlərini dünya səviyyəsinə çıxarmış Britaniya aktyorları və rejissorlarının orijinala sadiq adaptasiyaları (Olivye və Brana kimi), günümüzün dahi Şekspir aktyorlarının, o cümlədən Cudi Denç ("Yay gecəsində yuxu") və İen MakKellenin ("III Riçard") ifaları, Şekspirin əsərlərindən bir mənbə kimi istifadə edib onlara yeni güc və həyat verən eksperimental və oynaq ekranlaşdırmalar ("Prosperonun kitabları", "Qan teatrı" və "Növbəti") və müxtəliflik, oxşarlıq və arzular kimi mövzuları qabardan filmlər ("Otello", "Romeo və Cülyetta" və "Mələklərlə söhbət") aiddir.

Biz YARAT Müasir İncəsənət Mərkəzi və Bakı Dövlət Universiteti ilə birlikdə fevral və mart aylarında "Shakespeare Lives" layihəsinin tərkib hissəsi kimi "Heç nədən hay-küy" filmini nümayiş etdirəcəyik:

"Heç nədən hay-küy" (Kennet Brana) 29 fevral, saat 13:00, Bakı Dövlət Universiteti.

"Heç nədən hay-küy" (Kennet Brana) 15 mart, saat 19:00, YARAT Müasir İncəsənət Mərkəzi.

           "Heç nədən hay-küy"
            Rejissor: Kennet Brana
            Müddət: 111 dəqiqə
            Rollarda: Kennet Brana, Emma Tompson, Denzel Vaşinqton, İmelda Stonton

            Süjet: Şekspirin "Heç nədən hay-küy" pyesinin bu cür məzəli və dinamik versiyası   
            Kennet  Brananın möhtəşəm yaradıcılıq qabiliyyətlərinin sübutudur. Bu film Şekspirin
            indiyə kimi çəkilmiş adaptasiyalarının, bəlkə də, ən yaxşısıdır. Brananın yumoristik
            Benedikt rolunda, Emma Tompsonun isə inadkar və höcət Beatriçe rolunda çıxış etdiyi
            filmin hadisələri zəngin Toskana mənzərələrinin fonunda cərəyan edir.

Giriş pulsuzdur, gəlin və Şekspirə həsr edilmiş layihədə bizə qoşulun!

Shakespeare Lives layihəsi barədə ətraflı məlumat almaq üçün veb səhifəmizi ziyarət edin və Twitter-də #ShakespeareLives istifadə etməklə müzakirələrə qoşulun.