Heriot-Watt University
Date
Cümə axşamı 02 June 2016 -
18:00 - 20:00

Tarixi 1821-ci ildən başlayan Heriot-Watt Universiteti özünün dünya səviyyəli tədrisi və təcrübəsi, mütərəqqi tədqiqatları ilə biznes və sənaye üzrə Birləşmiş Krallığın top universitetlərindən biridir. Birləşmiş Krallıqda Top 20 universitetdən biri kimi Heriot-Watt uzaqgörən bir universitet kimi öz proqramlarının keyfiyyəti və işəgötürənlərin onun məzunlarına olan marağına görə məşhurdur.

Heriot-Watt həmçinin Şotlandiyada ən çox xarici tələbənin təhsil aldığı universitetdir. Burada qlobal olaraq 31 000-ə yaxın tələbə müxtəlif təhsil pillələri üzrə təhsil alır. Şotlandiya ilə yanaşı beynəlxalq tələbələrin böyük bir hissəsi Dubay və Malayziyadakı kampuslarda təhsil alırlar.

Siz Birləşmiş Krallığın təhsil dərəcəsinə yiyələnmək istəyirsiniz? O zaman buyurub 2 iyun 2016-cı il tarixində British Council Azərbaycanın ofisində Heriot-Watt Universitetinin Dubay kampusundan olan Professor Raj Sharma ilə görüşə qatıla bilərsiniz. Onun tərəfindən keçiriləcək seminarda iştirak etməklə sizin bu universitet tərəfindən təqdim edilən 50-dən artıq bakalavr, magistr və PhD proqramları haqqında, təhsil və tədrisin keyfiyyəti, Dubay kampusunun əlverişli və kifayət qədər əlçatan təhsil haqqı, kampuslararası transfer imkanları və çoxsaylı təqaüd imkanları haqqında məlumat əldə etmək imkanına sahib olacaqsınız. 

Niyə görə Heriot-Watt University Dubay kampusunda təhsil almaq tövsiyyə edilir?

  • Britaniyanın yüksək reytinqli universitetinin keyfiyyətli təhsil dərəcəsi əldə etmək imkanına görə;
  • 50-dən artıq müxtəlif və beynəlxalq səviyyədə tanınan bakalavr, magistr və PhD proqramlarının təklif edilməsinə görə;
  • Qlobal kampuslararası mobillik imkanlarına görə, məsələn tələbə öz təhsilinə Dubayda başlayıb, sonradan Birləşmiş Krallığa gedib orada təhsili başa vura bilər;
  • Əlçatan və münasib təhsil haqqlarına görə;
  • Təhsil haqqlarının ödənişdəki 0% komissiyasına görə;
  • Təcrübə və məşğulluq imkanlarına görə;
  • 110 millətdən olan müxtəliflikli tələbə mühitinə görə;
  • İncəsənət kampusu və laboratoriyalarına görə;
  • Ayrıca oğlanlar və qızlar üçün nəzərdə tutulmuş yaşayış yerlərinə görə;
  • Bütün əmirliyi əhatə edən universitetin geniş miqyaslı nəqliyyat şəbəkəsinə görə;
  • Dubayın çox yüksək səviyyədəki yaşayış standartları və güclü infrastrukturuna görə.

Ətraflı məlumat: 

Tarix:       02 iyun 2016, Cümə axşamı

Vaxt:       18:00-20:00

Məkan:    British Council, Nizami küçəsi 90A, Landmark III binası, 8-ci mərtəbə

İştirak ödənişsizdir və yerlər məhduddur.

Qeydiyyat üçün daxil olun

Heriot-Watt Universitetinin Dubay kampusu haqqında  

Heriot-Watt Universiteti Dubay Beynəlxalq Akademik şəhərciyindəki ilk xarici universitet kimi fəaliyyətə başlayıb. Bu kampus həm Körfəz, həm də digər yaxın ölkələrdən olan tələbələr üçün əlçatan yüksək keyfiyyətli Britaniya təhsilini təqdim edir. Dubay kampusu Birləşmiş Ərəb Əmirliyində Dubay Hökumətinin Bilik və İnsan İnkişafı Qurumunun (KHDA) lisenziyası əsasında fəaliyyət göstərir və incəsənət kampusu və kampusdaxili yataqxanaya sahibdir. 

Dubay kampusunda da bütün tələbələr Birləşmiş Krallıqdakı təhsil dərəcəsi tamamilə eyni olan tədrisi alırlar və təhsilin keyfiyyəti Edinburq kampusu ilə eyni standartlara malikdir. Həmçinin, təhsilin sonunda buradakı tələbələr də Edinburq kampusunun məzunlarının aldığı eyni dərəcə diplomunu əldə edirlər. Bütün proqramlar universitetin özünün fakültələri tərəfindən tədris edilir, eləcə də aparıcı sahələr üzrə mütəxəssislər mütəmadi burada tədris aparırlar.  

Dubay kampusu menecment, maliyyə, mühəndislik, tikinti mühiti, moda və dizayn sahələri üzrə bakalavr, magistr və PhD proqramları, həmçinin 1-ci ilə birbaşa daxil ola bilməyənlər üçün Foundation proqramı təklif edir.