Bu yaz yenə də Britaniyanın ən yaxşı məktəbləri, kollecləri və dil kursları Bakıda qonaq olacaq və British Council Azərbaycan tərəfindən 12 mart 2016-cı il tarixində keçiriləcək 6-cı Birləşmiş Krallıqda təhsil sərgisində iştirak edəcəklər. Potensial tələbə və ya valideyn kimi Birləşmiş Krallığın 15 təhsil brendinin nümayəndələri ilə görüşüb onlardan özünüz və ya övladlarınız üçün özəl məktəblərdə və kolleclərdə təhsil almaq ilə bağlı dəyərli məsləhətlər və tövsiyyələr almaq üçün bu sərgi əla imkandır. Sərgi iştirakçıları olan məktəb və kolleclər öz tələbələrinə Birləşmiş Krallığın və dünyanın top universitetlərində təhsil almaq imkanı yaradır. Siz sərgini sadəcə dil kurslarının nümayəndələri ilə görüşmək üçün də ziyarət edə bilər və rahatlıqla bu yay üçün, yaxud da sonraya Birləşmiş Krallıqda İngilis dili kursuna elə onların stendində qeydiyyatdan keçə bilərsiniz. Sərgidə iştirak üçün yaş limiti yoxdur, həmçinin giriş ödənişsiz və sərgi Britaniya təhsili ilə maraqlan hər bir kəs üçün açıqdır.
Sərgidə iştirak ödənişsizdir. Sadəcə olaraq sizin növbəti linkdə sərgiyə qeydiyyatdan keçməyiniz lazım olacaq: https://az.edukexhibition.org/az-az/signup
Qeydiyyatdan keçmək üçün ilk öncə ‘Hesab aç’ funksiyasından istifadə edib öz şəxsi və təhsil planlarınız ilə bağlı ilkin məlumatlarınızı daxil edib özünüzə hesab açırsınız. Bu hesab vasitəsilə bundan sonra bizim bütün sərgilərə çox rahatlıqla qeydiyyatdan keçə biləcəksiniz. Əgər siz bu sərgidən öncə özünüzə hesab açmışdınızsa, o zaman eyni istifadəçi adı və parol ilə sistemə daxil ola bilərsiniz.
Hesabınız ilə bağlı məlumat dərhal sizin e-mail ünvana göndəriləcək və siz istənilən zaman oradakı məlumatları yeniləyə bilərsiniz. Hesabınızı açdıqdan dərhal sonra isə siz bir neçə əlavə suala cavab verməklə 12 mart 2016-cı il tarixində keçiriləcək sərgiyə rahat şəkildə qeydiyyatdan keçə biləcəksiniz.
Sərgi proqramı və müsabiqələr də daxil olmaqla sərgi haqqında daha ətraflı məlumat və yeniliklər üçün Facebook-da sərginin səhifəsinə qoşulun və ya Education UK internet səhifəsini izləyin və yeniliklərdən mütəmadi xəbərdar olun.
Sərgidə iştirak edəcək məktəb, kollec və İngilis dili kurslarının 27 yanvar 2016-cı il tarixinə olan siyahısını təqdim edirik:
- Alpha Omega College
- Ashbourne College
- Brockenhurst College
- Brunel International Pathways and Language Centre
- Cardiff Sixth Form College
- David Game College
- d'Overbroeck's College
- Ellesmere College
- Friends' School, Saffron Walden
- INTO University Partnerships
- Queen Ethelburga's College
- Queen's College, Taunton
Sizin hər birinizi 12 mart 2016-cı il tarixində Hilton otelində gözləyəcəyik!