British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə IDEAS (Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar) layıhəsinin pilot mərhələsi çərçivəsində pilot fəaliyyətlərindən birinə start verəcək.
Layihə haqqında daha ətraflı məlumatı İDEAS layihəsinin veb səhifəsindən əldə edə bilərsiniz.
Yarım günlük təlim əlilliyi olan insanlara tərcüməyi halın yazılması, blogun yazılması və müsahibə bacarıqlarının artırılmasını öyrədəcək. British Council Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə müvafiq mövzuda əlilliyi olan insanların bacarıqlarının artırılması üçün aşağıdakı tədbiri təşkil edir. British Council-ın ofisində tərcüməyi halın, bloqun yazılması və müsahibə bacarıqlarının artırılması üzrə əlilliyi olan insanlar üçün təlim sessiyası təşkil olunacaq.
Yarım günlük təlimi oktyabr ayının sonunda keçirməyə planlaşdırırıq.
Təlimdə iştrak etmək və ya əlavə suallarınız yaranarsa Səbinə Quliyeva ilə əlaqə saxlaya bilərsiniz.