Our teaching methods
Our teaching methods image

Tədris qaydalari

Bütün tələbələrin cəlb olunmasını nəzərdə tutan interaktiv və ünsiyyətcil tədris metodları dərslərimizin əsasını təşkil edir. Təcrübəmizdən məlumdur ki, bu dünyanın istənilən yerində tələbələrin ingilis dilində ünsiyyət qurmaq üçün hazırlığında yeganə effektiv vasitədir.

Müəllimlərimiz tələbələrimizin öz məqsədlərinə mükəmməl səviyyədə nail olmasına yardım etmək məqsədilə ən müasir tədris materialları və ən  qabaqcıl təlim texnologiyaları ilə yanaşı müxtəlif sınanmış tədris metodlarından istifadə edir.

Müəllimlərimiz hər bir tələbəyə ehtiyac duyduğu diqqətin ayrılmasını təmin etmək üçün əlindən gələni əsirgəmir. İnkişaf duyğusu da çox vacibdir, ona görə də, müəllimlər mütəmmadi olaraq tələbələrə onların dərslərdə iştirak fəalllığı ilə bağlı fərdi rəy bildirir.

Hesab edirik ki, ingilis dili dərsləri:

  • həyatda daha çox şeyə nail olmaqda sizə yardımçı olmalı
  • stimullaşdırmalı, həvəsləndirməli və zövq yaratmalı
  • çoxlu dostlar qazanmaq imkanı təmin etməlidir.

Əlavə olaraq,  hesab edirik ki, müəllimlər:

  • bilikli, səmimi və köməkçi olmalı
  • dərsin məzmununu tələbələrin tələblərinə uyğun olaraq müəyyən etməli
  • dərs bitdikdən sonra çalışmalara davam edə bilmək üçün sizlərə təhsil vərdişləri öyrətməlidir.