Learn English websites
Learn English websites images

British Council ingilis dili üzrə pulsuz onlayn tədris materiallarının seçilməsi üsullarını nəzərdən keçirin. 

İngilis dilini fəaliyyətlərlə öyrənin

Siz British Councilın böyüklər üçün nəzərdə tutulmuş pulsuz saytı vasitəsilə onlayn ingilis dili öyrənə bilərsiniz. Sayt audio, video və mətnləri, habelə 2000-dan çox interaktiv çalışmaları əks etdirən yüzlərlə səhifədən ibarətdir. Siz saytın üzvü ola, ona öz töhfələrinizi verə, digər istifadəçilərlə ünsiyyətdə ola və pulsuz materialları internetdən endirə bilərsiniz.

LearnEnglish saytı.

İngilis dilini oyunlarla öyrənin

Siz ingilis dilini oyunların və lətifələrin əyləncəsini yaşaya-yaşaya öyrənə bilərsiniz. Saytımızda ingilis dili öyrənməyinizə kömək edəcək və ya sadəcə sizə əyləncə bəxş edəcək bütün zövqlərə uyğun oyunlar tapa bilərsiniz. Həmçinin, burada sizə oynamaq, əylənmək və öyrənmək imkanı verən yüzlərlə illustrasiyalı əhvalatlar var.

LearnEnglish saytı: Oyun & Əyləncə.

İngilis dilini audio və video materiallarla öyrənin

Bizdə dil təcrübəsi üçün çoxlu sayda audio və video materiallar var. Materiallar podkast hekayələrindən, audio seriallardan, BBC telekanalının yayımladığı ingilis dilinin tədrisinə yönəlmiş bir sıra televiziya proqramlarından və müxtəlif vəziyyətlərdə hansı ifadələrdən istifadə etmək lazım gəldiyini göstərən video fayllardan ibarətdir. 

LearnEnglish saytı: Dinlə & Bax.

İngilis dilini mobil telefonunuzda öyrənin

British Council iPhone, iPad, Nokia, Samsung, Ovi və Android kimi müxtəlif qurğular vasitəsilə ingilis dilini öyrənmək üçün çoxsaylı mobil proqramlar yaratmışdır.  Proqramlar qrammatik, lüğət və tələffüz bacarıqlarınızı artırmaqda yardımçınız olacaq podkastlardan, seriallardan, testlərdən, oyun və çalışmalardan ibarətdir.

LearnEnglish saytı: Proqramlar.

Uşaqlar üçün ingilis dili

LearnEnglish Kids (Uşaqlar üçün İngilis dilini Öyrən) 5-12 yaşda ingilis dilini öyrənən uşaqlar üçün nəzərdə tutulmuş əyləncəli tədris saytıdır. Saytda onlayn lüğət və qrammatik oyunlar, mahnılar, hekayələr, vidoe materiallar və onların oxuma-yazma bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş çoxlu sayda tapşırıqlar yer alır. LearnEnglish Kids saytında həmçinin müəllimlər və valideynlər üçün yüzlərlə çap materialı və dərsdənkənar ingilis dilin öyrənməkdə övladına kömək etmək istəyən valideynlər üçün dəstək bölməsi mövcuddur.

LearnEnglish Kids saytı.

Yeniyetmələr üçün ingilis dili

İngilis dilini öyrənən və ya dərsdə ingilis dili keçən yeniyetməsiniz? LearnEnglish Teens (Yeniyetmələr üçün ingilis dilini öyrən) saytı xüsusi olaraq 13-17 yaşarası yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Həmçinin, onlar üçün saytda dil təcrübəsi, imtahanlar üçün tövsiyyələr, lüğət və qrammatik çalışmalarda kömək, habelə əyləncəli tapşırıqlar, video materiallar oyunlar və testlər var.

LearnEnglish Teens saytı.

Biznes ingilis dili

Siz ingilis dilində danışır, lakin öz biznes ingilis dili vərdişlərinizi artırmaq istəyirsiniz? Biznes ingilis dili səviyyənizin standarta uyğun olub-olmadığı sizin üçün maraqlıdır? İngilis dilinin iş dili hesab olunduğu beynəlxalq iş yerlərinə müraciət etmək istəyirsiniz? Bizdə tam sizin biznes ingilis dili tələblərinizə uyğun olan vəsaitlər var.

LearnEnglish saytı: Biznes & İş.

İngilis dilini futbolla öyrənin

İngilis dilini öyrənirsinizsə və eyni zamanda, futbola böyük marağınız varsa Premier Skill English (İngilis dili üzrə Premyer Vərdişlər) saytı sizə premyer liqa klubları və oyunçuları haqqında öyrən-öyrən ingilis dilinizi inkişaf etdirmək imkanı verir. Siz həmçinin oyunlar və premyer liqa qaydaları haqqında öyrənə, oyunlar oynaya və test tapşırıqları yerinə yetirə bilərsiniz.

Premier Skills English saytı.