Kurs haqqında

Primary Plus: Uşaqların ingilis dilini öyrənməsi və öz gücünə inanmasının ən yaxşı yolu

“Primary Plus” 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş ingilis dili kursudur. Uşağınızın təxəyyülünü canlandırmaq üçün nəzərdə tutulmuş maraq doğuran dərslərimiz ixtisaslı müəllimlər tərəfindən aparılır. Aktual materiallarımız və əyləncəli öyrənmə mühitimizlə gənc şagirdlərin ingilis dilində inam, xoşbəxtlik və bacarıqla danışmasına kömək edirik.  Bu faydalı öyrənmə təcrübəsi aşağıdakıları əhatə edir:

  • Peşəkar müəllimlərin apardığı canlı qrup dərslərində fərdi yanaşma.
  • Əlverişli onlayn öyrənmə mərkəzində dərsdən öncə və sonra interaktiv çalışmalar.
  • Təhlükəsiz, dəstəkləyici sinif mühiti. 

İngilis dilində danışıq bacarıqlarını inkişaf etdirəcək əhatəli dərslər və ekspert müəllimlər

Övladınız dərslərimizlə irəli gedəcək.Tələbələrimiz:

  • İngilis dilində danışmağa çoxlu vaxt sərf edirlər.
  • Kiçik qruplar şəklində məşğul olur və fərdi yanaşma görürlər. 
  • Həmyaşıdları ilə qrup və cütlüklər şəklində əylənərək öyrənirlər.
  • Sinif yoldaşları ilə davamlı dostluq əlaqələri qurmaq və digər ölkələrdən olan tələbələrlə ünsiyyətdə olaraq ingilis dili biliklərini möhkəmləndirmək imkanı qazanırlar.

Həyat bacarıqlarının inkişafı

“Primary Plus” aşağıdakıların sayəsində övladınızın rahat mühitdə liderlik, əməkdaşlıq və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinə kömək edir.

  • Komandalarda işləməyi öyrənmək.
  • Başqaları ilə ünsiyyət qurub əməkdaşlıq etmək.
  • Tanış və maraq doğuran real mövzuları müzakirə etmək.
  • Cütlüklər və qruplar şəklində söhbət və müzakirələr aparmaq. 
  • Layihələr və problemlərin həlli üzərində işləmək.
  • Qlobal dünyada təhsil almağa və işləməyə hazır olmaq.

Təlim mərkəzi və övladınızın irəliləyişi

Təlim mərkəzimiz (learning hub) övladınızın dərsdən əvvəl və sonra müstəqil şəkildə və özünə uyğun tempdə öyrənməsinə kömək edən təhlükəsiz onlayn platformadır. Yəni dərs vaxtı onların ingilis dilində danışması və lazımi bacarıqlarını təkmilləşdirməsinə yönəlmişdir. Uşaqlar müəllimlərinin rəhbərliyi altında əlavə fəaliyyətlərdən faydalana və valideynlər gedişat haqqında məlumat əldə edə bilərlər.

Learning hub platformasını bu videolarla kəşf edin

Learning Hub platformasının valideynlər üçün təqdimatı

Bildirişlərin necə qurulacağını və mobil tətbiqi necə istifadə edəcəyinizi öyrənin

Təqvim və Qiymətlər

British Council Tədris Mərkəzinin Təqvimi:

Tədris ili: 10 oktyabr 2024 – 28 iyun 2025-ci il

Qış tətili:  23 dekabr – 5 yanvar 2025-ci il

Tədris ilinin ümumi müddəti 32 təqvim həftəsidir. 

Bir dərs 90 dəqiqə davam edir

Dərs cədvəli və dərslərin başlama vaxtı:

Çərşənbə axşamı/Cümə axşamı 17:00 – 18:30

Çərşənbə axşamı/Cümə axşamı 18:45 - 20:15

Şənbə 09:00 - 12:15

Kurs

İllik tam qiymət, AZN

Hissə-hissə ödəniş zamanı qiymət 

(4 dəfəyə)

“Primary Plus” kursunun qiyməti

1950

2160 (540)

“Primary Plus” kursu üçün lazım olan tədris materialları British Council tərəfindən ödənişsiz təmin edilir.