Students in a classroom

"İngilis dilinin etibarlı və dəqiq şəkildə yoxlanması tələbələrinizin təlim prosesinin təkmilləşdirilməsi və müəssisənizdə tədris keyfiyyətinin artırılması üçün vacibdir. 

 Aptis sizin aşağıdakıları əldə etməyinizə imkan verir:

  • tələbə və müəllimlərinizin ingilis dili biliklərinin səviyyəsinin səmərəli şəkildə qiymətləndirilməsi və nəzarətdə saxlanması
  • müvafiq işçi heyətin cəlb edilməsi və əməkdaşlarınızın müvafiq ingilis dili biliklərinə sahib olmasının təmin edilməsi
  • etibarlı qəbul və buraxılış proseslərinin hazırlanmasının təmin edilməsi
  • tədrisin dəstəklənməsi və təlim proqramlarının təkmilləşdirilməsi üçün güclü və zəif tərəflərin müəyyən edilməsi
  • tələbələrin düzgün kurslara yerləşdirilməsi
  • tələbələrin ingilis dilində tədris edilən proqramları öyrənməyə hazır olmasının təmin edilməsi.

Müəssisənizin profilinin qaldırılması

Aptis müəssisənizdə ingilis dilinin tədris keyfiyyətinin maraqlı tərəflərə nümayiş etdirilməsinə, profilinizi qurmağınıza və ingilis dili standartlarının inkişaf etdirilməsinə kömək edir.

 İngilis dili biliklərinin yoxlanması üzrə dünya lideri olan ""British Council""la tərəfdaşlıq etməklə yeni rəqabət üstünlüyü əldə edin.

Etibarlı qiymətləndirmə üsulunun seçilməsi

Aptis ingilis dilinin qiymətləndirilməsi sahəsində ən son tədqiqatlara əsaslanır və davam edən tədqiqat gündəliyinin predmetidir. Onun hazırlanması, qiymətləndirilməsi və təhvil verilməsi keyfiyyətin təminatı və keyfiyyətə nəzarət üzrə qabaqcıl standartlara müvafiq şəkildə idarə edilir.

Aptis testinin nəticələri CEFR səviyyələrinə uyğunlaşdırılmışdır və nəticə etibarilə sizin tələbə və müəllimlərinizin bacarıq və səriştələrini asanlıqla başa düşməyinizə imkan verir.

Aptis testlərində tapşırıqlar kommunikativ xarakter daşıyır, yəni onlar real situasiyalarda ingilis dilində ünsiyyət saxlamaq bacarığını yoxlayır.

Yoxlama prosesinin optimallaşdırılması

Aptis modullara bölünmə və fərdi təqdimat baxımından yüksək səviyyəli elastiklik nümayiş etdirir. Siz hansı seçimin ehtiyaclarınıza və büdcənizə daha yaxşı uyğun gəlməsindən asılı olaraq, bütün və ya seçilmiş dil biliklərini yoxlaya bilərsiniz. Test sorğu əsasında, seçdiyiniz vaxtda, yerdə və tezliklə həyata keçirilə bilər.

Aptis xüsusi hazırlıq prosesi tələb etmir, sadəcə testin formatı ilə tanış olmağınız lazımdır. Bu o deməkdir ki, o, tədris metodologiyasını dəyişməyinizə ehtiyac olmadan mövcud sisteminizə asanlıqla inteqrasiya edilə bilər.

Təhsil sektoru üçün hazırlanmış qiymətləndirmə

Biz müəllim və yeniyetmələrin qiymətləndirilməsinin asanlaşdırılması məqsədilə Aptis testinin məzmununu xüsusi olaraq təhsil sektoruna uyğunlaşdırmışıq. Secondary English Test və Müəllimlər üçün Aptis namizədlərin gündəlik həyatlarından götürülmüş məzmun və ssenarilərlə onların bütün diqqətini yoxlanılan dilə verməsinə imkan yaradır.

Müəllimlər üçün Aptis testində müəllimlərin ümumi ingilis dili bilikləri qiymətləndirilir. Bu testin tapşırıqları müəllimlərin gündəlik qarşılaşdığı ssenarilərə əsaslanır.

Secondary English Test 13-17 yaşlı gənclər üçün nəzərdə tutulmuşdur. Testin formatı və sual formaları yeniyetmələrin gündəlik həyatında, o cümlədən sosial media, ev tapşırıqları və idman tədbirlərində bir qayda olaraq baş verən hadisələri əks etdirmək üçün uyğunlaşdırılmışdır.