Cümə 01 Mart 2019

British Council onlayn rəqəmsal musiqi kontentinin inkişaf etdirilməsi, buraxılması və təşviq edilməsi barədə bir-günlük Selector PRO təlimi üçün Bakıya Boiler Room layihəsini gətirmək üçün YARAT Müasir İncəsənət Məkanı və iN Club ilə tərəfdaşlıq edəcək.

Təlim 4 mart 2019-cu il saat 11:00-da YARAT mərkəzində keçiriləcək. “Boiler Room” marketinqə üçüncü tərəf platformaları cəlb edərək öz auditoriyasını genişləndirmək təcrübəsini paylaşacaq. Seminarın iştirakçıları yerli məsələlər ətrafında hekayələri müzakirə edə və suallar verə biləcək.

Selector PRO Azərbaycanlı peşəkarların mövcud biliklərini möhkəmləndirməsi və öz bacarıqlarını artırması üçün musiqi sənayesinin idarə olunmasında Birləşmiş Krallığın təcrübəsini paylaşmaq məqsədinə xidmət edir. Selector PRO-nun məqsədi peşəkarlar və ümumi ictimaiyyətdə müasir cəmiyyətin musiqi tendensiyaları və o cümlədən Britaniya musiqi sənayesinin spesifikası barədə tam anlayış yaratmağa xidmət edir. Tədbir British Council tərəfindən hazırlanmış və radio şou və silsilə Selector Live tədbirlərini özündə birləşdirən Selector musiqi proqramından irəli gəlmişdir və bu Birləşmiş Krallıqdan Azərbaycan auditoriyasına ən yaxşı yeni musiqini gətirəcək.

Boiler Room həmçinin 3 mart bazar günü Bakıdan birinci yayım üçün iN Club-dan bizə canlı yayıma qoşulacaq. Daha çox məlumat əldə etmək üçün və qeydiyyatdan keçmək üçün, Boiler Room-un veb səhifəsinə daxil olun.

Bütün media nümayəndələri səmimi olaraq 4 mart saat 13:30-da Yarat Müasir İncəsənət Məkanında media brifinqinə dəvət olunur.

British Council-ın Azərbaycandakı filialı bu imkandan istifadə edərək göstərdiyi dəstəyə görə YARAT və iN Club-a öz minnətdarlığını bildirmək istəyir.

Əlavə məlumat üçün aşağıdakı şəxslə əlaqə saxlayın:

Dilarə İbrahimova | İncəsənət üzrə menecer | British Council Azərbaycan | dilara.ibrahimova@britishcouncil.az | +994 (0) 12 497 1593

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz incəsənət və mədəniyyət, İngilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində 100-dən çox ölkə ilə əməkdaşlıq edirik. Ötən il biz 75 milyon insanla birbaşa olaraq və ümumilikdə 758 milyon insanla onlayn, yayım və nəşrlər vasitəsilə əlaqə yaratmışıq. Biz imkanlar yaratmaq, əlaqələr qurmaq və etibar yaratmaq yolu ilə həyatları dəyişərək işlədiyimiz ölkələrə müsbət töhfələr veririk. Biz 1934-cü ildə yaradılmaqla, Kral Patenti ilə idarə olunan Birləşmiş Krallığın xeyriyyə fondu və Birləşmiş Krallığın dövlət orqanıyıq. Biz Birləşmiş Krallıq Hökumətindən 15 faiz əsas maliyyə qrantı alırıq.

www.britishcouncil.org

British Council Bərabərlik, Müxtəliflik və İnkluzivlik siyasətinə xidmət edir.