Çərşənbə axşamı 15 Yanvar 2019

Britaniya Şurası və "Park Cinema" kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə "Lisenziyalaşdırma və müəlliflik hüququ" mövzusunda təşkil olunacaq bir günlük "Selector PRO" seminarı Azərbaycanın musiqi sahəsi üzrə aparıcı mütəxəssislərini 29 yanvar tarixində Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında bir araya gətirəcək.

Təlim Birləşmiş Krallıqda redaktor, jurnalist və KİV sahəsi üzrə sahibkar kimi fəaliyyət göstərən Kris Kuk tərəfindən 29 yanvar tarixində, saat 12:00-da keçiriləcək.  O, musiqi biznesini anlamaqda və dərk etməkdə insanlara yardımçı olan CMU şirkətinin həmtəsisçisi və idarəedici direktorudur.  Sözügedən şirkət aşağıdakı təsirli vasitələrdən istifadə etməklə insanlara köməklik göstərir: CMU Daily bulletin (CMU gündəlik bülleteni), Setlist podcast (Setlist podkastı) və CMU Trends library (CMU tendensiyalar kitabxanası) kimi kütləvi informasiya vasitələri; CMU Insights konsultasiya bölməsi və onun təlim kursları, konfrans sessiyaları, tədqiqat hesabatları; karyerasına yenicə başlayan musiqiçilərə və gələcək istedadlara dəstək verən CMU:DIY maarifləndirici proqramı. İngilis dili və hüquq kimi iki ayrı ixtisas üzrə diploma sahib olan Kris musiqi biznesi, əqli mülkiyyət məsələləri, KİV və kommunikasiya sahəsi haqqında müntəzəm olaraq yazılar yazır, müzakirələr aparır və iradlarını bildirir.

Britaniya Şurası (British Council) təşkilatının Azərbaycan Respublikasındakı Filialının Direktoru Samr Şahın sözlərinə görə,

Ötən il Yarat Müasir İncəsənət Məkanı ilə tərəfdaşlıq şəraitində 200-dən çox musiqi mütəxəssisi üçün təşkil etdiyimiz üç günlük "Selector PRO" seminarının uğurunu nəzərə alaraq, uzunmüddətli musiqi proqramımızı bu il də uğurla davam etdirmək və Azərbaycanın musiqi sahəsində çalışan mütəxəssislərinə daha çox fayda verə bilmək məqsədilə Kris Kuku Bakıda qonaq etməyi səbirsizliklə gözləyirəm. 

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir "British Council"ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə tədbirlərini əhatə edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

Bütün KİV nümayəndələri 29 yanvar tarixi səhər saat 11.30 Alov Qüllələrin 4-cü mərtəbəsində yerləşən Park Cinema kinoteatrında keçirilən mətbuat konfransına dəvət olunur.

British Council Azərbaycan fürsətdən istifadə edərək "Park Cinema" kinotetrlar şəbəkəsinə dərin minnətdarlığını bildirir.

Əlavə məlumat üçün:

Dilarə İbrahimova | İncəsənət üzrə Menecer | British Council Azerbaijan | dilara.ibrahimova@britishcouncil.az | T +994 (0) 12 497 1593

About the British Council

"British Council" Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır.  Biz 100-dən çox ölkə ilə mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş  cəmiyyətinin qurulması sahəsində əməkdaşlıq edirik. Keçən il biz səsimizi 75 milyon insana birbaşa, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – biz imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmlədərək həyatları dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Böyük Britaniyanın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Böyük Britaniyanın dövlət qurumuyuq. Biz Böyük Britaniya hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq.

Britaniya Şurası Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.

“Park Cinema”, Azərbaycanın ilk kinoteatrlar şəbəkəsidir. “Park Cinema”nın kinoteatrları “Park Bulvar”, “MetroPark”, “Zagulba Mall” və “Flame Towers”də fəaliyyət göstərir. Bütün kinoteatrlar kinoindustriyanın ən yüksək standardlarına uyğun tikilib və təchiz olunub. “Park Cinema”, seyrçilərinə IMAX, Dolby Atmos və LaseR Projection formatlarında filmləri təqdim edən Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.