Hədəfimiz, Ingilis dilini dərindən öyrənərək tədqiqatlar aparmaqla, təhsil sistemində innovasiyaya təşviq, İngilis dilini tədris edən müəllimlərin professional inkişafına nail olmaqdır.
Gələcəkdə İngilis Dili layihəmizin əsas hədəfi İngilis dilinin tədqiqatı və mahiyyəti haqqında ətraflı məlumat vermək, təhsil sistemlərində innovasiyanın təşviqi və regionlarda İngilis dilini tədris edən müəllimlərin professional səviyyədə davamlı inkişafını dəstəkləməkdən ibarətdir. Azərbaycanda, Gələcəkdə İngilis Dili layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcəkdir.
Gələcəkdə İngilis Dili layihəsi üç illik layihədir və diqqət mərkəzləri aşağıdakılardan ibarətdir:
- Tədqiqat: Australian Council for Education Research (ACER) təşkilatının dəstəyilə, məzun olan şəxslərin İngilis dili biliklərini mükəmməlləşdirmək üçün həyata keçiriləcək uyğun müdaxilələrin sxemi haqqında müqayisəli, etibarlı və keçərli verilənlər toplusu təqdim edərək, 16 yaşlı yeniyetmələrin dil bacarıqlarının (onların motivasiyalarının, səylərinin və üstünlük verdikləri öyrənmə üsullarının) qiymətləndirilməsi barədə İngilis dilinin təsir dairəsi adı altında tədqiqat həyata keçirəcəyik.
- Vahid Dil siyasəti: Tədqiqatlardan əldə etdiyimiz məlumatları paylaşacaq və diqqət mərkəzində İngilis dili siyasəti və müəllimlərin davamlı professional inkişafı olmaqla, mümkün həll yollarını araşdıracağıq.
- Müəllimlərin mütəxəssisləşdirilməsi: Daim müəllimlərlə çalışdığımız üçün bu sahədə və onların professional səviyyədə inkişafını dəstəkləmək üçün rəqəmsal innovasiya vasitələrinin tərtibatında böyük təcrübəyə sahibik. Məhz elə bu səbəbdən virtual tədris təşkilatının yaradılmasına öncüllük edirik. Bu platformada müəllimlər onlarla həmfikir mütəxəssislərlə ünsiyyət yarada, vəsaitlər əldə edə və onlayn tədris üzrə fərdi təcrübəyə sahib ola bilərlər.
Virtual tədbirdə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev, British Council-ın gələcək Baş İcraçı Direktoru xanım Keyt Yuvart-Biqs, Böyük Britaniyanın Azərbaycandakı Səfiri cənab Ceyms Şarp və British Council-ın ölkə üzrə direktoru cənab Samr Şah iştirak edəcəklər.
British Council-ın gələcək Baş İcraçı Direktoru xanım Keyt Yuvart-Biqs şərh edir:
“...Əməkdaşlarımız ACER və Lester Universiteti ilə birlikdə reallaşdıracağımız ətraflı tədqiqat və semplinq üsulundan yararlanaraq, ölkə miqyasında bütün məktəblərdə İngilis dilinin tədrisi keyfiyyətini təkmilləşdirmək məqsədilə Nazirliyə olduqca əhəmiyyətli məlumatlar ötürəcəyik.”
British Council-ın ölkə üzrə direktoru cənab Samr Şah:
“...Ümid edirik, bu layihə vasitəsilə yüzlərlə azərbaycanlıya ingilis dili biliklərini təkmilləşdirmələri üçün imkanlar yaradacağıq. Beləliklə onlar rahatlıqla iş bazarında özlərinə yer tapacaq, təhsillərini davam etdirəcək və gələcəkdə böyük uğurlara imza atacaqlar”
Daha ətraflı: https://bit.ly/3qInsn9