Bazar ertəsi 30 Avqust 2021

British Council, Frensis Qardener-Trexo-nu Azərbaycanda yeni ölkə üzrə direktoru olaraq təyin etdi. Frensis incəsənət və mədəniyyət, təhsil və ingilis dili vasitəsi ilə Birləşmiş Krallıq və Azərbaycanda insanlar arasında əlaqələr, anlayış və güvən qurmaq missiyamızı davam etdirdiyimiz üçün 15 sentyabr 2021-ci ildən etibarən komandamıza rəhbərlik edəcək.

Frensis 2015-ci ildə British Council təşkilatına qoşuldu və təşkilatın bir sıra prioritet əməliyyatlarında çalışdı. Nigeriyada ölkə üzrə direktorun müavini olub və Hindistanda mədəni əlaqələr əhatə edən proqramları idarə edib. Azərbaycana köçməzdən əvvəl, British Council-ın Londonda yerləşən qərargahında calışmışdı. Yaxın Şərq, Şimali Afrika, Avropa və Geniş Avropaya məxsus ölkələr arasındakı əlaqələrini və ikitərəfli strategiyalarını idarə edib. Frensis, gənclərin və daha geniş cəmiyyətin xeyrinə Mədəni Əlaqələrin transformativ potensialına və icmalarla ölkələr arasındakı əlaqələrin gücləndirilməsindəki xüsusi roluna inanır.

Frensis, Azərbaycanda Ölkə üzrə Direktoru vəzifəsini yerinə yetirməkdən və Böyük Britaniya Səfirliyi ilə birlikdə British Council-ın Azərbaycanda hökümət tərəfindən irəli sürülən prioritet islahatlarını dəstəkləmək üçün British Council-ın 28 illik irsini davam etdirməyini səbirsizliklə gözləyir.

Azərbaycanda gedən ölkə üzrə direktorumuz Samr Şah, British Council-ın İordaniya və Levant bölgəsi üzrə direktoru olaraq yeni vəzifəsini yerinə yetirmək üçün İordaniyaya köçəcək və Birləşmiş Krallıq və digər ölkələr üçün beynəlxalq imkanlar yaratmağa davam edəcək. Samr şərh edir:

“Tərəfdaşlarımızla birlikdə ingilis dilinin standartlarını yüksəltməkdə, Ali Təhsili beynəlmiləlləşdirməkdə, Yaradıcılıq Sənayesini inkişaf etdirməkdə və bu gözəl ölkədə daha inklüziv bir cəmiyyət qurmaq üçün Azərbaycandakı fantastik British Council komandasına rəhbərlik etmək fürsəti qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Xeyirxah insanları, əfsanəvi qonaqpərvərliyi, heyrətamiz mühiti və yaradıcı enerjisi sayəsində Azərbaycan hər zaman qəlbimdə xüsusi bir yerə sahib olacaq.”

Son üç il ərzində Samr, Azərbaycanın səkkiz bölgəsində 18 yeni Resurs və Təlim mərkəzinin açılmasına töhfə verərək, Azərbaycanda gənclərin yüksək keyfiyyətli təhsil və iş qabiliyyəti, səlahiyyətlər, inklüzivlik və geniş dünyaya inteqrasiya üçün bacarıqlarını möhkəmləndirdi. İyun ayında Bakıda daha çox Azərbaycanlı gəncin beynəlxalq səviyyədə tanınmış imtahan verməsinə imkan verən yeni bir ACCA mərkəzi açdı. Birləşmiş Krallıq və Azərbaycandakı 16 universitet və incəsənət təşkilatı arasında beynəlxalq tərəfdaşlıqların qurulmasında, Birləşmiş Krallıqın Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişafı üçün əsas tərəfdaş olaraq rolunu qurulmasında və gənclər, sahibkarlar, mədəniyyət liderləri və əlilli olan insanlarla işləməkdə komandamıza rəhbərlik etdi.

Samr Şaha peşəkar və şəxsi səyahətlərində uğurlar arzulayırıq. Frensis Qardener-Trexonun rəhbərliyi altında Birləşmiş Krallıq və Azərbaycanda insanlar arasında incəsənət və mədəniyyət, təhsil və ingilis dili arasında yeni əlaqələr qurmağı və mövcud əlaqələri davam etdirməyi səbirsizliklə gözləyirik.

Frensis, Birləşmiş Krallıq ali təhsil müəssisələrinin məzunlarının seçdikləri sahədə etdikləri təsirə töhfə verən 2021-22 Məzunlar Mükafatları yarışmasında da bizə rəhbərlik edəcək. Müraciətlər 1 sentyabr 2021-ci ildən etibarən açıqdır - müraciət edə bilərsiniz: https://study-uk.britishcouncil.org/alumni-awards

Samr Şah, 1 Sentyabr 2021, Bakı vaxtı ilə saat 18.00-da Facebook-da canlı bir sessiyaya qoşulacaq. https://www.facebook.com/BritishCouncilAzerbaijan/videos/ ünvanında bizə qoşulmağınızdan əmin olun.

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkədə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və mülki cəmiyyət sahələrində çalışırıq. Keçən il biz fəaliyyətimizə birbaşa olaraq 75 milyondan artıq, onlayn, yayımlar və nəşrlər də daxil olmaqla cəmi 758 milyon şəxs cəlb etmişik. Biz çalışdığımız ölkələrdə müsbət nəticələrə nail oluruq - imkanlar yaratmaqla, əlaqələr qurmaqla və inamı artırmaqla həyatları dəyişirik. 1934-cü ildə yaradılmış təşkilatımız Royal Charter və Birləşmiş Krallığın ictimai orqanı tərəfindən idarə olunan BK xeyriyyə təşkilatıdır. Aldığımız maliyyə vəsaitlərinin 15 faizi Birləşmiş Krallıq hökumətindən alınan subsidiyadır.