Creative Spark Ali Təhsil Müəssisəsi Proqramının maliyyələşdirilməsinin ikinci ili bu gün British Council tərəfindən elan edildi.
Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı 2018-ci ildə başlamış beş-illik təşəbbüs olub, universitetlər və yaradıcı təşkilatlar arasında əlavə 12 beynəlxalq ikitərəfli tərəfdaşlıq layihələri maliyyələşdirəcək. Hər bir tərəfdaşlıq maksimum £40,000 əldə edəcək.
Proqram Birləşmiş Krallığın dəstəyi ilə Mərkəzi Asiyanın (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqazın (Azərbaycan, Ermənistan, Gürcüstan) və Ukraynanın yeddi ölkəsində sahibkarlıq bacarığını və yaradıcı iqtisadiyyatı inkişafı etdirməyi nəzərdə tutur. Fondun əsas benefisiarları universitet tələbələri, məzunlar və gənc sahibkarlardır.
Creative Spark bu ölkələrdə lazımi dərəcədə inkişaf etməmiş yaradıcı sektora və səriştələrin çatışmazlığına cavab olaraq yaradılmışdır. BMT artıq yaradıcı iqtisadiyyatı dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından biri olaraq bildirib. Yaradıcı sənayelərin 2030-cu ilə Birləşmiş Krallığının iqtisadiyyatına təxminən bir milyon iş yeri əlavə edəcəyi gözlənilir.
Proqram gənclərə beynəlxalq şəbəkələrə, bazarlara və resurslara daha yaxşı giriş vermək üçün əsas diqqəti üç sahəyə yönəldir:
- Birləşmiş Krallıq və proqram ölkələrində universitetlər və yaradıcı təşkilatlar arasında ikitərəfli tərəfdaşlığların inkişaf etdirilməsi
- tələbələr və yaradıcı sahibkarlar üçün sahibkarlıq bacarıqları ilə bağlı təlim paketlərinin çatdırılması - buraya ideyaların təqdimatı və biznesin yaradılmasından tutmuş əqli mülkiyyətin mühafizəsi və maliyyə dəstəyinin möhkəmləndirilməsinə qədər müxtəlif mövzular daxildir
- geniş çeşidli dil öyrənilməsi məzmununa malik ingilis dili proqramının çatdırılması. Buraya rəqəmsal təhsil platformaları, onlayn kurslar və əsas diqqəti sahibkarlar üçün ingilis dilinə yönəldən yeni Kütləvi Açıq Onlayn Kurslar (MOOC) daxil olacaq.
Keçən il British Council 38 Creative Spark tərəfdaşlıqlarını maliyyələşdirmişdir və onların üçü Azərbaycandan idi. Hazırlıq mərhələsində olan layihələr:
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, YARAT Müasir İncəsənət Məkanı Gradcore və UAL (London-un İncəsənət Universiteti) ilə birgə əməkdaşlıq.
- Azərbaycan Memarlıq və İnşaat Universiteti London-un South Bank Universiteti və ChangeSchool ilə birgə əməkdaşlıq.
- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Newcastle Universiteti ilə birgə əməkdaşlıq.
Fondun açılması ilə bağlı British Council Böyük Avropa üzrə Tədris və Cəmiyyət sahəsində Direktoru Richard Everitt demişdir:
“Creative Spark yüzlərdə gəncə sahibkarlıq bacarığı və öz biznesini yaratmaq imkanı vermək məqsədini güdür. Bu maliyyələşdirmə imkanı proqrama cəlb edilmiş bütün ölkələr arasında tədris və mədəni əlaqələri gücləndirəcək.”