Big Idea video təqdimat müsabiqəsi Azərbaycanlı gəncləri innovativ 'startup' (startap) hazırlamağa və onun barəsində dünyaya məlumat yaymağa həvəsləndirir. Müsabiqə Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramında iştirak edən təşkilatların tələbələr və gənc sahibkarları üçün nəzərdə tutulmuşdur.
British Council Azərbaycan iştirakçı təhsil müəssisələrinin tələbələrinin, gələcək sahibkarların və qonaqların iştirakı ilə 28 Mart 2019-cu il tarixdə Holiday Inn Hoteldə tədbir keçirmişdir. Bu tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, o cümlədən YARAT Müasir İncəsənət Məkanı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əlaqəli gənc sahibkarlar iştirak edirdilər.
UNEC Biznes İnkubatoru, Asmart Creative Hub, Youth Inc. Azərbaycan və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindən gəlmiş qonaqlar sahibkarlıq, kiçik biznesin yaradılması və biznes müraciətinin yazılması sahəsində qısa məruzələr oxudu.
Tələbələr, məzunlar və ya iştirak edən təşkilatların gənc sahibkarları öz fikirlərini həyata keçirmək üçün £25,000 maliyyələşdirilmə məbləğindən bir hissəsini qazanmaq, o cümlədən London şəhərinə səfər etmək şansı əldə etmək məqsədilə müsabiqəyə qoşula bilərlər. Müsabiqə həm fərdi şəxslər, həm də maksimum üç nəfərdən ibarət komandalar üçün açıqdır. Müsabiqənin üç kateqoriyasına Rəqəmsal Texnologiya, Sosial Təsir və Yaradıcılıq daxildir. Bu üç kateqoriya bütün növ ideyalara bərabər şans verir - yəni, fikriniz həm böyük biznes müəssisəsi, heyrətamiz yaradıcı layihə, həm də sadəcə dünyanı daha da yaxşılaşdırmağa çalışan fikir ola bilər.
Ərizələr bazar günü, 9 iyun 2019-cu il tarixə qədər bizim saytda qəbul ediləcək.