British Council Birləşmiş Krallığın London Metropolitan Universiteti ilə birlikdə, üçüncü ildir ki, ən böyük video təqdimat müsabiqəsi - Creative Spark Big Idea-nı 2021-ci ildə də təqdim edir.
Bu müsabiqə minlərlə gəncə (18-35 yaş arası) biznes ideyaları və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Bu il, icma, milli və transmilli səviyyələrdə planetimizi və planetimizin resurslarını qoruyacaq həlləri nümayiş etdirən yeni bir mükafat kateqoriyası olan İqlim Dəyişikliyi kateqoriyasını də təqdim edirik.
Qaliblər sahikarlıq üzrə təhsili və yaradıcı sahibkarlıq təcrübəsi olan milli və beynəlxalq hakimlər heyəti tərəfindən seçildi.
2021 Creative Spark Big Idea müsabiqəsinin Azərbaycan üzrə qalibləri:
Kateqoriya: | Qalib olan ideya: | Qalib(lər): | Universitet/Təşkilat |
Ölkə Çempionu |
HerGuide Yeniyetməlik, evlilik və hamiləlik dövründə qadınlar üçün mobil tətbiqi. |
Təravət Əsgərova Əbdürrəhman Eminov |
Xəzər Universiteti |
İnsanların Seçimi Mükafatı |
TechnoHealth Tibb sektorundakı problemləri həll edən mobil tətbiqi. |
Gülnarə Mirzəyeva |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Yaradıcılıq |
Stork Səyahət edərkən əlavə gəlir əldə etmək imkan verən bir həll. |
Elnur Məmmədov |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Rəqəmsal Texnoloqiya |
Respondables İştirakçılara pul ödəməklə məlumat toplayan anketa platforması. |
Tural Salmanov |
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) |
Sosial Təsir |
HerGuide Yeniyetməlik, evlilik və hamiləlik dövründə qadınlar üçün mobil tətbiqi. |
Təravət Əsgərova Əbdürrəhman Eminov |
Xəzər Universiteti |
İqlim Dəyişikliyi |
Sustainable Delivery System Qeyri-ərzaq mallarının və məhsulların velosipedlə çatdırılması. |
Tofiq Hidayətzadə Vüsalə Sərxanova |
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi |
Müsabiqə 2021-ci ilin mart-iyul ayları arasında Cənubi Qafqaz, Orta Asiya və Ukraynada keçirildi. Müsabiqənin son üç ilində 110 ali təhsil və yaradıcı təşkilat tərəfindən dəstəklənən 1,000 -dən çox yeni biznes ideyası təqdim olundu. Son üç ildə müsabiqənin saytında 200,000 çox insan ən sevdiyi ideyalara səs verdi.