British Council Azərbaycanda keçirilən StudyUK Məzun Mükafatları 2020-2021 müsabiqəsinin dörd qalibini elan edir.
Bu qaliblər, sahibkar və biznes sahəsi üzrə mütəxəssis, icma rəhbərləri kimi təqdirəlayiq nailiyyətlərinə və Azərbaycan – Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrini gücləndirərək əhəmiyyətli rol oynadıqlarına görə dünya miqyasında 1300 namizəd arasından seçilmişdir.
Prestijli beynəlxalq mükafat bütün dünyada Böyük Britaniyada ali təhsilin və orada təhsilini bitirmiş məzunların vuğurlarını qeyd edir. Müsabiqənin yeddinci ilində Birləşmiş Krallığın 148-dən çox təhsil müəssisəsini təmsil edən 114-dən çox ölkədən olan məzun müsabiqəyə namizəd kimi müraciət etmişdir. Münsiflər heyəti tərəfindən həyata keçirilən ətraflı və dəqiq müsahibələrdən sonra hər üç kateqoriyada - Peşəkar Nailiyyət,Sahibkarlıq, Sosial Təsir - mükafatların sahibləri müəyyənləşdirildi. Böyük Britaniyanın Azərbaycandakı Səfiri tərəfindən təqdim edilən xüsusi mükafat da öz sahibinə təhvil verildi.
- Öz peşəkar sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün nəzərdə tutulmuş Peşəkar Nailiyyət Mükafatı Nərmin Axundovaya təqdim olundu. Nərmin Esseks Universiteti məzunudur və molekulyar biologiya üzrə bioloqdur. O, Azərbaycan Ərzaq Təhlükəsizliyi İnstitutunda Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi departamentində aparıcı mütəxəssisdir.
- Öz peşəkar sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün nəzərdə tutulmuş Sahibkarlıq Mükafatı Zülfiyyə Əliyevaya təqdim olundu. Zülfiyyə SOAS London və Vorvik Universitetinin məzunudur. Zülfiyyə, məşhur idman geyimləri markası MESHQUE şirkətinin yaradıcısıdır. Şirkət geyimlərin istehsalında yerli mənbələrdən faydalanır.
- Cəmiyyətdə müsbət sosial fərqlilik reallaşdıraraq müstəsna fəaliyyət göstərən məzunlar üçün nəzərdə tutulmuş Sosial Təsir Mükafatı Məryəm Tağıyevaya təqdim olundu. Məryəm Vorvik Universiteti məzunudur və blockchain mütəxəssisi və beynəlxalq profilə sahib spikerdir. Azərbaycanın ən böyük proqram təminatı və təchizatçılarından biri olan IDRAK Technology Transfer-də fəaliyyət göstərir. Müstəqil olaraq Azərbaycan Gəncliyinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) adlı gənclər QHT-si kimi müxtəlif təşəbbüslərə rəhbərlik edir.
- Böyük Britaniyanın Azərbaycandakı Səfiri tərəfindən təqdim edilən xüsusi mükafat isə Fidan Cavadovaya verildi. Fidan London Kral Kolleci məzunudur və BeWorks Automation qurumunun təsisçisidir. O, innovator kimi Böyük Britaniya və Azərbaycanda öz təcrübəsinən bəhrələnərək fəaliyyətə nəzarətin avtomatlaşdırılması, yenilənə bilən və elektrikli infrastrukturun inkişafı sahəsində işlər görür.
British Council’ın ölkə üzrə direktoru, Cənab Samr Şah bildirir:
"...Bu ilki finalçılar Birləşmiş Krallıqdakı təhsilin müasirdünyada həyatları dəyişdirən təsirini, müxtəlifliyini və aktuallığını təmsil edirlər."